Yuli təqvimi Haqqinda Melumat - Vikipedia Yuli təqvimi Haqqinda Melumat - Vikipedia
Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yuli təqvimi

Yuli təqvimi[1], Yulian təqvimi[2] - köhnə üslub tarixin hesablanma sistemi, ilk Günəş təqvimi. Yuli Sezarın göstərişi ilə başda Sozigen olmaqla bir qrup İsgəndəriyyə astronomu tərəfindən tərtib edilmiş və e.ə. 45-ci ildən Roma imperiyasının əsas təqvimi olmuşdur.

Təqvim
Təqvim haqqında
Təqvim
tipi

Günəş, Ay, Ay-Günəş

Təqvim dövrü Uzun illərin
daxil edilməsi

Digər təqvimlər
Armelin · Assuriya · Astek · Benqal · Berber · Bəhai · Budda · Babil · Bizans · Vyetnam · Gilburd · Hind · Holosen · Qafqaz Albaniyası · Qriqori · Gürcü · Qədim yunan · Qədim Misir · Qədim hind · Qibti · Qədim Çin · Qədim fars · Qədim slavyan · Yəhudi · Zərdüşt · Hindistan · İnk · Hicri-qəməri ·Hicri-şəmsi · İrland · Çin · Kont · Malay · Mayya · Nepal · Yuli · Roma · Rumi · Simmetrik · Tamil · Tay Günəş · Tibet · Üçmövsümlü · Türkmən · Universal · Fransız · Xanaane · Xani · Çuçxe · İsveç · Şumer · Efiopiya · Yava · Yapon

İlin orta uzunluğu 365,25 gündür. Fevral ayı hər 4 ildə 3 dəfə 28, bir dəfə isə 29 gündən ibarət olur.

Bu tropik ildən 0,0078 gün uzundur. Təqvim 1582-ci ildə Qriqorian təqvimi ilə əvəz edilmişdir.

Yuli GünləriRedaktə

Visokos sistemini nəzərə almaqla eyni vaxt sistemində sonra baş vermiş hadisə tarixindən əvvəlki hadisənin baş vermə tarixini çıxmaqla bu hadisələr arasında keçən vaxtı hesablamaq olar. Lakin uzun vaxt fasilələrini hesabladıqda bu bəzi çətinliklərə gətirə bilər. Ona görə XI əsrdə Skaligerin təklifi ilə bizim eradan əvvəl 4713-cü ilin yanvarın 1-dən günlərin ardıcıl hesabı aparılır. Skaliger atasının şərəfinə bu günləri Yuli günləri adlandırmışdır. Yuli günlərinin başlanğıcı Qrinviç meridianının günortası qəbul olunmuşdur.

Skaliger Yuli günlərinin hesablanma başlanğıcının üç kiçik dövrün hasilindən alınan 7980 illik böyük dövrün başlanğıcı kimi seçmişdir. Bu dövrlər aşağıdakılardır:

  1. 28 illik dövr ( 28 illik dövrlə yeddi günlük həftənin günləri təqvim ilinin eyni gününə düşür),
  2. 19 illik dövr ( Meton dövrü, hər 19 ildən bir Ayın fazaları təqvim ilinin eyni gününə düşür),
  3. 15 illik dövr ( Qədim Romada vergi sistemində istifadə olunurdu).

Doğrudan da

28•19•15=7980

olar.

Skaliger hesablamışdır ki, bu dövrlərin başlanğıcı yeni eradan əvvəl 4713-cü il yanvarın 1-nə uyğun gəlir.[3]


İstinadlarRedaktə

  1. "President.az saytı. Bayramlar". 2018-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-17.
  2. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr olunmuş "Əlamətdar və tarixi günlər təqvimi - 2011", Bakı, 2010  (az.)
  3. C.M.Quluzadə "Klassik Astronomiya" Bakı Universiteti Nəşriyyatı, 2007.

Xarici keçidlərRedaktə

Ən Son Axtarılanlar

Xüsusi:WhatLinksHereWhatLinksHereEDiff2048246 WhatLinksHereWhatLinksHereEDiff2048246 Xüsusi:MobilDillərNorma_(riyaziyyat) Xüsusi:MobileDiff5476296 eDiff5476296 Xüsusi:MobileDiff2391060 eDiff2391060 Xüsusi:MobileDiff5484421 eDiff5484421 Xüsusi:WhatLinksHereEDiff4740870 WhatLinksHereEDiff4740870 Xüsusi:MobileDiff1242010 eDiff1242010 Xüsusi:WhatLinksHereMp31eQqPVNzJ8Mazeri-bass-music-esl-avtos-mahnisi.html WhatLinksHereMp31eQqPVNzJ8Mazeri-bass-music-esl-avtos-mahnisi.html Xüsusi:TarixçəRişi_Kapur Xüsusi:Axtar1977-ci_ildə_Birləşmiş_Krallıq Xüsusi:ListFilesKhutuck ListFilesKhutuck Xüsusi:TarixçəOrigin
Dostlarınla Paylaş

Saytda 165 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022