Yunan xaçı forması Haqqinda Melumat - Vikipedia

Yunan xaçı forması Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yunan xaçı forması

Yunan xaçı forması ― daha çox PravoslavBizans kilsələrində görülən bir memarlıq planı formasıdır. Qapalı yunan xaç planı və açıq yunan xaç planı olaraq ikiyə bölünür. Yunan xaçı adlanan xaç, hər bir qolu bərabər uzunluqda olan bir xaçdır.[1]

Müqəddəs Babylas Martyriumu planı
Panayia Halkeion, Salonikidə XI əsr məxsus yunan xaçı formasında tikilmiş kilsə. Şimal tərəfdən görünüşü.

Açıq Yunan xaçı planına sahib olan Müqəddəs Babylas Martyrium (MS 379) kimi tikililərdə, dörd tərəfdən də orta boşluğa eyni uzunluqdakı qollar əlavə olunur. Qapalı Yunan xaçı planında isə binanın açıq küncləri hücrələrlə örtülmüşdür. Bu vəziyyət kilsə meydanını düzəltdiyindən və qolları bərabər uzunluqda olan xaç planı aydınlaşmadığı üçün bu plan növü qapalı yunan xaçı planı adlandırılır. İstanbuldakı Havariyun KilsəsiFəthiyyə Məscidinin (Teodoks Pammakaristos Monastırı) cənub tərəfindəki şapel bu tip plan nümunələri kimi göstərilə bilər.[2][3][4]

Afina şəhərindəki Kapnikarea Kilsəsi, qapalı Yunan xaçı planı

İstinadlar redaktə

  1. Grossman, Peter. Atiya, Aziz S. (redaktor). Cross-in-Square. The Coptic Encyclopedia. New York: Macmillan. 1991.
  2. Ousterhout, Master builders, 16.
  3. Ousterhout, Master builders, 13–14.
  4. Mathews and Mathews, "Islamic-style mansions."

Saytda 128 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024