Yusif Şeyxov Haqqinda Melumat - Vikipedia

Yusif Şeyxov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yusif Mənsur oğlu Şeyxov (d. 2 fevral 1951) — Azərbaycan ssenaristi, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri. 2018-ci 2021-ci illərdə Dövlət Film Fondunda baş mütəxəssis vəzifəsində çalışmışdır.

Yusif Şeyxov
Yusif Mənsur oğlu Şeyxov
Doğum tarixi (73 yaş)
Doğum yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Azərbaycan Azərbaycan SSR
Fəaliyyəti Ssenarist
Fəaliyyət illəri 1964-indiyədək
Təhsili

Həyatı redaktə

Yusif Şeyxov 1951-ci il fevralın 2-də Bakıda anadan olub.[1] Burada 23 saylı orta məktəbi bitirib. İki il (1969-1970) Neft-Kimya İnstitutunda, 1970-1975-ci illərdə İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb.

Fəaliyyəti redaktə

Yusif Şeyxov 13 yaşında məşhur olarkən Sehrli xalat filmində pioner Eldar rolunda çəkilib. Sonradan "Azərbaycanfilm" kinostudiyasında, 1979-1985-ci illərdə isə Dövlət Kinematoqrafiya Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 1985-1989-cu illərdə "Azərkinoprokat" idarəsinin müdiri işləyib. 1990-2001-ci illərdə "Azərkinovideo" birliyində baş direktor müavini vəzifəsində çalışıb. Kinoya bağlılıq uşaqlıq yaşlarından – "Mən rəqs edəcəyəm" filmində epizodik rolda, "Sehrli xalat" filmində baş rollardan birinə çəkildikdən sonra yaranıb. Bir neçə sənədli ("Qobustan", "Portret. Tokay Məmmədov", "Dua" və b.), animasiya ("Qızıl", "İt sərgisi") fiminin, eləcə də "Arxada qalmış gələcək" bədii filminin ssenari müəllifidir. "Mozalan" kinojurnalı üçün süjetlər yazıb: "Tövbə", "Halal" və s.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür[2].

Filmoqrafiya redaktə

Aktyor kimi

  1. Sehrli xalat (film, 1964)(tammetrajlı bədii film)

Rejissor assistenti kimi

  1. Vulkana doğru (film, 1977-1978) (3-seriyalı bədii televiziya filmi)
  2. Dantenin yubileyi (film, 1978)(tammetrajlı bədii film)
  3. Yarımçıq qalmış mahnı (film, 1979)(tammetrajlı bədii film)

Rejissor və ssenari müəllifi kimi

  1. Unudulmuş dəhliz (film, 2021) (tammetrajlı sənədli film)

Ssenari müəllifi kimi

  1. Arxada qalmış gələcək (film, 2004)(tammetrajlı bədii film)
  2. Anarın anları (film, 2008)
  3. Dua (film, 2008) (sənədli)
  4. Hədiyyə (film, 2016)(qısametrajlı bədii film)
  5. İt sərgisi (film, 2010) (animasiya filmi)
  6. Qızıl (film, 2007) (animasiya)
  7. Nizami (film, 2012)
  8. Sübhdən başlanan həyat (film, 2015)
  9. Vəli Axundov. XXI əsrdən baxanda (film, 2016) (sənədli)

Redaktor kimi

  1. Cavid ömrü (film, 2007)(tammetrajlı bədii film)
  2. Axınla aşağı (film, 2014)(tammetrajlı bədii film)
  3. 4.1 şəhər motivləri (film, 2015) (kinoalmanax)
  4. Yarımçıq xatirələr (film, 2015)(tammetrajlı bədii film)

İstinadlar redaktə

  1. Günel. Kino xadimi Yusif Şeyxovun 60 yaşı tamam olur //525-ci qəzet.- 2011.- 2 fevral.- S. 7.
  2. "Azərbaycan Respublikasının kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2014-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-29.

Xarici keçid redaktə


Saytda 102 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024