Yusif Bağırov Haqqinda Melumat - Vikipedia

Yusif Bağırov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yusif Bağırov

Azərbaycan rejissoru

Yusif Məmməd oğlu Bağırov (20 yanvar 1924, Bakı15 avqust 1995, Gəncə) — Azərbaycan teatr və kino rejissoru, Gəncə Dövlət Dram Teatrının quruluşçu (1952–1956) və baş rejissoru (1966–1995), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1982).

Yusif Bağırov
Doğum tarixi
Doğum yeri Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri Gəncə, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti teatrkino rejissoru
Fəaliyyət illəri 1952–1995
Təhsili Bakı Teatr Texnikumu (1947), Azərbaycan Dövlət Teatr İnstitutunu (1952)
Teatr Gəncə Dövlət Dram Teatrı
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1982

Həyatı redaktə

Yusif Bağırov 20 yanvar 1924-cü ildə Bakıda anadan olub. İlk təhsilini Bakıda alıb.[1] 1941-ci ildə Bakı Teatr Texnikumuna olsa da, cəbhəyə yollanaraq təhsilini yarımçıq qoyur. 1945-ci ildə müharibədən qayıtdıqdan sonra Bakı Teatr Texnikumunun aktyorluq fakültəsində Mehdi Məmmədov, Məhərrəm HaşımovAleksandr Tuqanov və başqalarından dərs alaraq təhsilinə davam edir. Burada təhsil aldığı müddətdə Ağasadıq Gəraybəylidən səhnə texnikası, Kazım Ziyadan isə səhnə danışıqları istiqamətində məsləhətlər alır. Yusif Bağırov 1947-ci ildə Bakı Teatr Texnikumunu fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Dövlət Teatr İnstitutunun (hazırkı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakültəsinə daxil olur və buranı 1952-ci ildə başa vurur. Diplom işi olaraq Ağəli Dadaşovun səhnələşdirmiş olduğu Mir Cəlal Paşayevin "Dirilən adam" əsərini tamaşaya hazırlayaraq ilk debütünü həyata keçirir.[2]

Yusif Bağırov təhsilini başa vurduqdan sonra fəaliyyətini Gəncə Dövlət Dram Teatrına bağlamış, 1952–1956-cı illərdə teatrın quruluşçu rejissoru, 1966–1995-ci illərdə isə baş rejissoru kimi fəaliyyət göstərmişdir.[2]

Yusif Bağırov 1956-cı ildən 1966-cı ilə qədər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləyib. Həmin illərdə "Koroğlu", "Kölgələr sürünür", "Əhməd haradadır?", "Mən rəqs edəcəyəm" bədii filmlərinin ikinci rejissoru kimi fəaliyyət göstərib. Ümumiyyətlə, Yusif Bağırov karyerası ərzində 100-dən artıq bədii filmi Azərbaycan dilinə dublyaj edib. 1959-cu ildə Şəmsi Bədəlbəyli ilə birgə Fikrət Əmirovun "Gözün aydın" əsərini Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində tamaşaya hazırlayıb. Rejissor, həmçinin 1961–1963-cü illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyor sənətindən dərs deyib.[2]

Yusif Bağırov Gəncə Dövlət Dram Teatrında 33 illik fəaliyyəti dövründə yüzlərlə əsərə quruluş vermiş və onlar Gəncə Dövlət Dram Teatrının repertuarının əsasını təşkil etmişdir.

Rejissor 15 avqust 1995-ci ildə Gəncədə vəfat edib.

Filmoqrafiya redaktə

İstinadlar redaktə

Ədəbiyyat redaktə

  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 3-cü cild. Bakı: Azərnəşr. 2017. 416 səh. ISBN 5-86874-179-X.
  • Bürcəliyev, A. "Gəncənin sənət fədaisi". Kaspi. 23 yanvar 2018. 24 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2021.

Saytda 211 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024