Yusif Balasaqunlu Haqqinda Melumat - Vikipedia

Yusif Balasaqunlu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yusif Balasaqunlu

Türk dünyasının ən böyük mütəfəkkirlərindən biri, məşhur "Qutadqu-bilik" əsərinin müəllifi

Yusif Balasaqunlu (təxəllüsü Yusif Has Hacib; təq. 1019, Balasaqun, Qaraxanilər dövlətitəq. 1077, Qaşqar, Qaraxanilər dövləti) — orta əsrlər türk dünyasının ən böyük mütəfəkkirlərindən biri, məşhur "Qutadqu-bilik" əsərinin müəllifi.

Yusif Balasaqunlu
Təxəllüsü Yusif Has Hacib
Doğum tarixi
Doğum yeri Qaraxanilər, Balasaqun
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti şair yazıçı
Əsərlərinin dili türk dilləri

Həyatı redaktə

1020-ci ildə anadan olmuş 1075-ci ildə vəfat etmişdir.

Türk xalqlarının ortaq ədəbi sərvətlərindən olan "Qutadqu-bilik"-"Səadət gətirən elm" ədəbiyyat tariximizdə xüsusi yer tutur. Bu əsər vaxt etibarı ilə türk dilində yazılmış, həm də türklərin İslamı qəbul etmələrindən sonra əruz vəznində yazılmış bu gün bizə məlum olan ilk poemadır. XI əsr şairi Yusif Balasaqunlu böyük dilçi, lüğətçi alim Mahmud Qaşqarlının müasiri və yerlisidir. Yusif Balasaqunlu türk milliyətinin ən böyük şairidir.Poemanın adını "Səadət biliyi", "Bəxtiyarlıq sənəti","Səadət gətirən elm" "Xoşbəxtliyə aparan elm" kimi çevirmək olar. "Qut" səadət, xoşbəxtlik deməkdir. Yusif Balasaqunlu 1020-ci illər arasında Doğu Türküstanın Balasaqun şəhərində dünyaya gəlib. 1068-ci ildə Qaşqar şəhərinə köçüb. Qaşqar şəhəridə Türkiyənin əvvəlki şəhərlərindən biri olmuşdur.Orada 18 ay ərzində bu əsər üzərində işləyib və 1069-cu ildə "Qutadqu-biliy"i Qaraxanlılar dövlətinin – Məşriqin və Çinin hökmdarı Tabğaç Buğra xaqana ərmağan etmişdir. Minnətdarlıq əlaməti olaraq xaqan Yusif Balasaqunluya Ulu Xas Hacib (saray naziri, saray işlərinin rəhbəri) vəzifəsini vermişdir.

Ərəbtacik (fars) dillərində belə əsərlərin mövcudluğunu, türk dilində isə "Qutadqu biliy"in ilk örnək olduğunu qeyd edən müəllif əsərinin dilini xaqaniyyə adlandırırdı. Mütəxəssislərin fikrincə "Qutadqu biliy"in dili türk dillərinin cənub-qərb qrupuna, yəni Oğuz qrupuna yaxındır. 13200 misradan, 6520 beytdən ibarət, məsnəvi şəklində yazılmış poemanın içində rübai formasından da istifadə olunur. "Qutadqu biliy"in vəzni əruzun kəsik (qısa) mütəqarib bəhri kimi müəyyənləşdirilir. Əsərin giriş hissəsi nəsrlə yazılmışdır.

 
Yusif Balasaqunlunun 1000 qırğız somu üzərindəki rəsmi

Əsərin yazıldığı dövrdə Qaraxanlı dövlətində, əvvəlcə, Uyğur əlifbasından istifadə edilirdi. Sonra isə dövlətin rəsmi yazışmalarında və ədəbi mühitdə ərəb dilindən istifadə edilməyə başlandı. Bu səbəbdən "Qutadqu-bilik" bir dünya görüşündən digər dünya görüşünə keçid dövrünün məhsuludur və əsər yazılarkən də bu amilin ona müəyyən qədər təsir göstərdiyi şübhə doğurmur. "Qutadqu-bilik" əslində xaqanlar, şahlar, hökmdarlar, dövləti idarə edənlərin kitabıdır. Çünki bu kitabın əsasında adil və ağıllı hökmdar ideyası dayanır. Ağıllı və adil hökmdar arzusu, ümumiyyətlə, bütün türk dünyasını, türk xalqlarını qədimlərdən narahat edən ən ağrılı problemlərdən olub. İstər bizə qədər gəlib çatan ən qədim şifahi xalq ədəbiyyatında, istərsə də ilk qədim yazılı abidələrimizdə adil və ağıllı hökmdar ideyası daim diqqət mərkəzində olub.

"Qutadqu-bilik"də isə bu ideya özünü bütün varlığı ilə büruzə verir. Əsərin müəllifi Yusif Has Hacibin yaşadığı dövr müəyyən qədər ziddiyyətli dövr idi. Müxtəlif türk tayfaları arasında hakimiyyət uğrunda gedən mübarizə, daxili çəkişmələr, şübhəsiz ki, adil, ağıllı və güclü hökmdar məsələsini zərurətə çevirmişdi. Daxili çəkişmələrdən qurtarmaq, mənasız yerə qardaş qanının tökülməsinin qarşısının alınmasını istəyənlərdən biri də, şübhəsiz ki, "Qutadqu-biliy"in müəllifi olub. Daxili çəkişmələrə "Qutadqu-bilik"in sonlarında yer alan "Zəmanənin çürüklüyünü və dostların cəfasını söylər" başlıqlı bölümdə açıq şəkildə işarə vurulub. "Qutadqu-bilik" keçmiş təcrübədən istifadə etməklə gələcəyi qurmaq kitabıdır.

Yusifin bu əsəri hansısa hökmdarın xahişi ilə yazıb-yazmadığı və ya bunu qəlbinin hökmü ilə edib-etmədiyi də, hələlik, məlum deyil. Məntiqi baxımdan, əsərin sifarişlə yazılmasını iddia etmək olar. Çünki o vaxt Yusif həm Qaraxanlı dövlətində, həm də ondan xeyli uzaqlarda – bütün Şərq dünyasında tanınan və hörmət edilən bir şəxs idi. O dövrdə xaqanlar və hökmdarlar öz adlarının əbədiləşdirilməsi üçün tanınmış yazarlara özlərinin nəsillərinin və idarə etdikləri dövlətin tarixini, öz dövrlərini qələmə almaq üçün sifariş verirdilər. Ola bilsin ki, Yusif də belə bir sifariş alıb. Ancaq təəssüflər olsun ki, əsərin heç yerində buna vurulan hər hansı bir işarəyə rast gəlmirik. Bəlkə də, müəllif bunu əsərin girişində qeyd edib, ancaq kimlərinsə əli ilə bu, əsərdən çıxarılıb.

"Qutadqu-bilik" kimi bir əsər hər hansı bir təsadüf nəticəsində meydana çıxa bilməzdi. Bu əsərin yazılmasında iki amildən biri – ya hansısa hökmdarın sifarişi, ya da müəllifin adil hökmdar arzusu əsas rol oynayıb. Əsərin hansı səbəblə yazılmasından asılı olmayaraq, o, həqiqətən də, çox qiymətli bir əsər kimi tarixdə qalıb. Əgər əsərə bugünkü baxımdan yanaşsaq, onu mahir bir hüquqçunun qələmindən çıxan konstitusiyaya bənzətmək olar. Hər halda, müəllifin cəsarətinə və ağıllı hökmdar haqqında söylədiklərinə heyran qalmamaq olmur. Günümüzdə aktuallığını itirməyən ağıllı hökmdar ideyası, sadəcə olaraq müəllifin geniş dünyagörüşünə və təfəkkürə malik olduğunu bir daha göstərir. Bu, Yusif Has Hacibin əbədiyyətə qovuşması deməkdir. Əslində "Qutadqu-bilik"də türk xalqlarının, imperatorluqlar quran böyük və əzəmətli bir millətin dövlət anlayışı və dövləti idarə etmək praktikası qələmə alınıb. Əsəri bu baxımdan türklərin tarix boyu yaratdıqları sivilizasiyaların, türk zəka və təfəkkürünün mahir bir bilicisi, tükənməz təfəkkür sahibi tərəfindən qələmə alınan əvəzsiz, ölməz sənət abidəsi hesab etmək olar.

10–13-cü əsrlər olduqca qarışıq və ziddiyyətli, eyni zamanda intibah dövrüdür. "Qutadqu-bilik" belə bir intibah dövründə yazılıb və şübhəsiz ki, bu da əsərin mahiyyətinə öz təsirini göstərib. Əsərin "Bəyliyə (hökmdarlığa) layiq bir bəyin necə olması (idarə etməsi) gərəkliyini söylər" adlı bölməsində dövlətin idarə olunması ilə bağlı olduqca ibrətamiz məsləhətlər var:

  1. Bəy məmləkəti qanunla idarə edər və ağıllı bir idarəetmə siyasəti yeridər. Xalq hökmdara baxaraq, ondan özü üçün nümunə götürər.
  2. Bəy adət-ənənəyə necə riayət edərsə, xalq da eyni şəkildə riayət edər. Bəylər hansı yoldan getsə, qul da o yoldan gedəcək.
  3. Bəy doğru olmalı, sözləri və hərəkətləri bir-birinə uyğun gəlməlidir. Belə olsa, xalq əmin-amanlıq, sülh şəraitində yaşayacaq.
  4. Bəy adil olmalıdır. Əgər bir bəy uzun müddət ölkəni idarə etmək istəyirsə, onda ölkəni ədalətlə idarə etməli və həqiqəti müdafiə etməlidir.
  5. Bəy həyalı, ismətli və namuslu olmalıdır. Bəy təkva sahibi və təmiz olmalıdır. Əgər bəy düz olmasa, əxlaqını qorumasa, onda ölkə fəlakətə sürüklənər.
  6. Bəy cəsur və qəhrəman olmalı, xalqının da özündən nümunə götürməsinə cəhd etməlidir. Bəyi qorxaq olan dövlət məhvə və dağılmağa məhkumdur.
  7. Bəy səbirli, sakit və təmkinli olmalıdır. O, səbirlə, əsəbiləşmədən, ağılla iş görməlidir. Bütün bunlar bəy üçün bir Allah vergisidir.

Mənbə redaktə

Həm də onun Mikayil Balasaqulu adli ögey qardaşı olmusdur.


Saytda 110 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024