Yuxarı Tüləkəran Haqqinda Melumat - Vikipedia

Yuxarı Tüləkəran Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Yuxarı Tüləkəran

Yuxarı TüləkəranAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.

Yuxarı Tüləkəran
41°16′ şm. e. 48°25′ ş. u.
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 450 (2009) nəfər
Xəritəni göstər/gizlə
Yuxarı Tüləkəran xəritədə
Yuxarı Tüləkəran
Yuxarı Tüləkəran

Tarixi redaktə

Tarixi XVIII əsrə təsadüf edir, əvvəllər həmin ərazinin cənub hissəsi mərkəz olmaqla 700 yaşayış məntəqəsi olan Suxtakələ kəndi mövcud olmuşdur, XX əsrin əvvəllərindən başlayaraq isə əhalinin şox hissəsi Xaçmaz ərazisinə köçərək orada məskunlaşmış və orada Suxtakələ kəndini yaratmışlar.

Toponimikası redaktə

Yuxarı Tüləkəran oyk.t mür. Quba r-nunun Tüləkəran i.ə.v.-də kənd. Ağçayın sahilindədir. Keçmiş adı Tüləkəran olmuşdur. Keçmişdə ondan yaranmış məntəqə Aşağı Tüləkəran, bu kənd isə Yuxan Tüləkəran adlandırılmışdır. Tədqiqatçılara görə, Tüləkəran toponimi türk mənşəli tuli/dulu tayfasımn adından və İran dillərindəki “ev, kənd” mənalı karan sözündən düzəlib, “tuli- lərin evləri, kəndi” mənasındadır.[1] Bir digər məlimata görə isə Türk və Ərən söz birləşməsindən yaranib kəndin adı.

Mədəniyyəti redaktə

Coğrafiyası və iqlimi redaktə

  • Əsasən ilin əksər vaxtı yağmurlu keçir. Yayda orta aylıq temperatur 22 dərəcə selsi, Qışda isə -2 dərəcə selsi təşkil edir.

Əhalisi redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 450 nəfər əhali yaşayır.[2]

Din redaktə

Kənddə Yuxarı-Tüləkəran kənd məscidi dini icması fəaliyyət göstərir[3].

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

İstinadlar redaktə

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  3. MÜSƏLMAN DİNİ İCMALAR - 2013-cü ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az  (az.)



Saytda 238 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024