Zığ gölü Haqqinda Melumat - Vikipedia

Zığ gölü Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Zığ gölü — Abşeron yarımadasında göl.

Ümumi məlumat redaktə

Zığ gölü səthinin sahəsi 20 ha, dərinliyi 1,5 m olmaqla Zığ qəsəbəsindən axan məişət-sənaye suları və yeraltı sular hesabına qidalanır. Gölə axıdılan məişət tullantı sularının illik həcmi 1826 min kub m, sənaye (neft, qaz) tullantıları isə 73 min kub m-dir.

Suyunun tərkibi redaktə

Götürülmüş su nümunələrinin analizlərinin nəticələri göstərir ki, gölün suyu şor olmaqla minerallaşma dərəcəsi 166 q/l-ə çatır. İon tərkibində xloridlər 96, maqnezium 42,6 və sulfatlar 5,4 q/l olmaqla sanitar normaları müvafiq olaraq 274,21 və 11 dəfə aşır. Gölün suyunun oksigen rejimin pozulmuşdur. Oksigenin konsentrasiyası sanitar normadan 1,6 dəfə aşağıdır.

Ekoloji vəziyyət redaktə

Çirkləndirici maddələrdən yüksək miqdarda kadmium 8,4 , mis 6, detergenlər 0,45 mq/l olmaqla müşahidə olunur ki, bu da sanitar normadan uyğun olaraq 8,4 ; 6 ; 4,5 dəfə yüksəkdir.  Zığ gölünün dib çöküntülərində manqan (222 mq/kq), neft məhsulları (63 mq/kq), mis (66 mq/kq), nikel (40 mq/kq), kadmium (21 mq/kq), sink (18 mq/kq), xrom (12 mq/kq) və kobalt (8,6 mq/kq) toplanmışdır. Göldə ekoloji vəziyyəti orta qiymətləndirmək olar.[1]

İstinadlar redaktə

  1.  Şahid Əhmədov, Mühəndis ekologiyası,Bakı-2012

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 162 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024