Zəfər Murtuzov Haqqinda Melumat - Vikipedia

Zəfər Murtuzov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Murtuzov Zəfər Nəbi oğlu - Azərbaycan rejissoru.

Zəfər Murtuzov

Həyatı redaktə

Zəfər Murtuzov 1952-ci ildə Cəlilabad rayonunda anadan olub. 1971-1975-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1977-ci ildə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti kimi fəaliyyətə başlayıb, sonralar bir sıra filmlərin ikinci rejissoru olub.

Şəxsi həyatı redaktə

Ailəlidir. bir qızı və bir oğlu var. Həyat yoldaşı Sevda xanım Şəkidəndir. "Həm ziyarət,Həm ticarət" filmindəki Mustafa müəllimin qonaqlıq səhnəsi Sevda xanımın atası İsgəndər doktorgildə çəkilib.

Mükafatları redaktə

1 avqust 2018-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə, "Tərəqqi" medalı ilə təltif edilmişdir.[1]

Filmoqrafiya redaktə

  1. İstintaq (film, 1979)
  2. Qızıl uçurum (film, 1980)
  3. Babamızın babasının babası (film, 1981)
  4. Park (film, 1983)
  5. Şəhərli biçinçilər (film, 1986)
  6. Yay gününün xəzan yarpaqları (film, 1986)
  7. Doğma sahillər (film, 1989)
  8. Təhminə (film, 1993)
  9. Qayınana (film, 1978)

İstinadlar redaktə

  1. President.Az. "Azərbaycanın kino xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.08.2018. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-01.

Saytda 217 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024