Zəncan bazarı Haqqinda Melumat - Vikipedia

Zəncan bazarı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Zəncan bazarı

Güney Azərbaycanda tarixi abidə

Zəncan bazarı (az-əbcəd. زنگان بازارێ‎) — Qacarlar dönəminə aid, indiki Zəncan şəhərinin güneyində yerləşən tarixi abidə və Zəncanın ən böyük və önəmli alış-satış mərkəzi.

Zəncan bazarı
az-əbcəd. زنگان بازارێ
Bazarın görünüşü
Xəritə
36°40′00″ şm. e. 48°28′46″ ş. u.
Ölkə İran
Şəhər Zəncan
Yerləşir İnqilab meydanı, İmam küçəsi
Tikilmə tarixi 1791
Üslubu Azərbaycan memarlığı
Material kərpic[1]
Vəziyyəti işlək
Zəncan bazarı (İran)
Zəncan bazarı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında redaktə

1791-ci ildə Ağaməhəmməd şah Qacar dönəmindən bəri tikintisi başlayan Zəncan bazarı, səkkiz ildən sonra 1799-cu ildə inşası sona çatmışdır. Bura keçmişki Qoltuq qapısının yanında yerləşərək, Zəncandan başqa QəzvinTəbriz arasında olan ticari əlaqələrdə önəmli rol oynamışdır. Bazar habelə İndiki İranın ən uzun qapalı bazarı kimi tanınmaqda. Zəncan bazarı öz içərisində müxtəlif saraylar, məscidlər, hamamlar, karvansaraylar və başqa tikililəri yerləşdirir ki bunların bir sırası sonrakı dönəmlərdə bazara əlavə olunmuşdur. Hazırda Zəncan bazarı Aşağı baş və Yuxarı baş adlı iki hissəyə bölünür.

Qalereya redaktə

İstinadlar redaktə


Saytda 213 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024