Zəncan ostanı Haqqinda Melumat - Vikipedia

Zəncan ostanı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Zəncan ostanı (fars. استان زنجان‎) — İranın ostanlarından biri. İnzibati mərkəzi Zəncan şəhəridir.

Ostan
Zəncan ostanı

fars. استان زنجان

azərb. زنگان

36°40′30″ şm. e. 48°29′04″ ş. u.


Ölkə İran
Daxildir III region
İnzibati mərkəz Zəncan
Ən böyük şəhərləri Zəncan
Tarixi və coğrafiyası
Sahəsi 21 773.3 km²
Saat qurşağı UTC+3.30, yayda UTC+4.30
Əhalisi
Əhalisi 1 057 461 [1] nəfər (2016)
Əhalinin sıxlığı 4.665 nəfər/km²
Etnik tərkib Azərbaycanlılar və sairə.
Rəqəmsal identifikatorlar
ISO kodu IR-19
Telefon kodu 0241
Rəsmi sayt
Zəncan ostanı xəritədə
Zəncan ostanı xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya redaktə

1938-ci ildə yaradılan ostanın ərazisi 21.841 km²-dir .[2][3] Zəncan ostanı iki regiondan ibarətdir: dağlıq və düzənlik. Uca zirvələri olan dağlıq zonalar Zəncan şəhərinin şimal hissəsi ilə kəsişir, qalan hissəsi isə düzənlikdir.

Zəncan ostanında yazda və yayda yağışların miqdarı başqa fəsillərdəkindən da çox olur. Yay və yaz vaxtı istirahət, asudə vaxt keçirmək üçün ən münasib vaxtdır. Təbiət, çaylar, mineral su bulaqları və iqlim bütövlükdə hamısının öz təravəti və gözəlliyi var.

Əhali redaktə

2010-cu ildə Zəncan ostanında əhalinin
ana dilinə əsasən etnik tərkibi[4]
etnik qrup nisbəti
Azərbaycanlılar
  
98.40%
Tatlar
  
1.10%
Təsniflənməmiş
  
0.50%

Zəncan ostanı və ya Zəncan düzənliyi İranın şimal-qərbinin mərkəzi hissəsində yerləşir. Bu ostanın 927,465 nəfər əhalisi var,[5] ki bunun tamamına yaxını Azərbaycan türkləridir[6][7][8][9].

Zəncan, Əbhar və Xudabəndə əyalətin ən böyük şəhərləri sayılır. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya görə ostanda 964.601 nəfər əhali yaşayır, urbanizasiya 57,99%, savadlılıq (oxuma-yazma) 81,72%-dir .[10]

Şəhristanlar redaktə

Zəncan ostanı inzibati cəhətdən 7 şəhristan bölünür:[11]

  1. Əbhər şəhristanı
  2. İcrud şəhristanı
  3. Xudabəndə şəhristanı
  4. Zəncan şəhristanı
  5. Tarım şəhristanı
  6. Mahnişan şəhristanı
  7. Xürrəmdərə şəhristanı
  8. Sultaniyə şəhristanı

Tarix redaktə

Zəncan əyaləti İranın tarixi regionlarından biridir. Onun keçmiş, qədim dövrü iki tarixi mərhələyə ayrılır:

1 — İbtidai dövr redaktə

(eramızdan əvvəl 7-ci minillikdən 3-cü minilliyinin əvvəlinə qədər), o dövrə məxsus və tanınmış abidələr Baadostin mədəniyyətinə aiddir, onların 30 000 ilə yaxın yaşı var.

2 — Tarixi dövr redaktə

(eramızdan əvvəl 3-cü minilliyin əvvəli-2-ci minilliyin sonu). İnsan məskənləri 3–2 minillikdə İran sivilizasiyasının çiçəklənməsindən xəbər verir.

3 — Yeni tarixi dövr redaktə

(e.ə. 2-ci minilliyin sonundan eramızın 7-ci əsrin əvvəlinə kimi): Bu dövrün ən fərqləndirici, parlaq nümunələrindən sadə boz gil növüdür. Bu da eyni zamanda Ariyan Ariya tayfalarının bu bölgəyə miqrasiyası ilə bağlıdır. Eramızdan əvvəl 1-ci minilliyin əvvəlinə qədər bu regionda dövlətçilik sistemi təyin olunmamışdır. Hətta Urartu dövləti öz hökmranlığını möhkəmlədə bilmədi, hökmranlıq uzun sürmədi. Assuriyalıların sənədlərinə görə bu region eramızdan əvvəl 9-cu əsrdə Andya adlanıb və onun sakinləri yəqin Hulubi və Quti tayfaları ilə əlaqə saxlayıblar, onlar da Zaqros dağlarının ətəklərində yaşayıblar. Regionun e.ə. 7-ci əsrdə minilliyin sonuna qədərki tarixi haqqında iki mənalılıq var, bütöv Əhəmənilər dövrü haqqında aşkar edilmiş Xodabən dağda ?Derik? və ?Riton? nişanələri Əhəmənilər dövrünün yadigarlarıdır. Zəncan çay və Gızıl Üzən dərələri Farsların və Sasanilərin dövründə çiçəklənib. Bu dövrün ən mühüm abidələri arasında Taşvir atəşpərəst məbədini qeyd etmək olar.

4 — İslam dövrü redaktə

(eramızın 7-ci əsrindən 19-cu əsrinə kimi). Bu dövr Osmanlılari zamanı İranın işğalı ilə başlanır. Əldə olan sənədlərdən məlum olur ki, bu region islam dövrü ərzində iqtisadiyyat, mədəniyyət və incəsənət baxımından çiçəklənən ərazi olubdur. Sultaniyyə şəhərinin Monqol İlxanilər tərəfindən paytaxt seçilməsinin səbəblərindən biri bu regionda 7–8-ci əsrdə iqtisadiyyatın canlanmasıdır. İlxani hökumətinin 9-cu əsrdə Sərbedaran tərəfindən yıxıldıqdan sonra Zəncana Topal Teymur tərəfindən hücum edilmişdir və bu şəhər uzun müddət işğal altında qalmışdır.

Region iqtisadiyyat və mədəniyyət baxımından Səfəvilər və Qacar dövrlərində, xüsusən də Şah Təhmasib və Ağa Məhəmməd Xanın hakimiyyəti zamanı çiçəklənib. Əyalətin əsas tarixi, mədəni və turizm yerləri aşağıdakılardır:

Zəncan şəhəri redaktə

Zəncan şəhəri Tehranın 328 km-liyindədir. 2006-cı il siyahıya almasına əsasən əhalisi 349,713 nəfərdir .[12] Yayda mülayim, qışda soyuq havası olan Zəncan iki böyük dərədən ibarətdir: ?Zəncan Rud? və ?Sefid Rud?, onların arasında Qaravas və Ənguran dağları yerləşir. Zəncanın salınma tarixi Ərdəşin (Artaşin) Papakanın hakimiyyəti dövrüdə olubdur və o ?Şahin? və ya ?Şahan? adlanıb. Zaman keçdikcə bu isim dəyişib. ?Zəncan? və ya ?Zənqan? olub. 372-ci ildə yazılmış ?Dünyanın sərhədləri? kitabında çiçəklənən, zənginləşən, firavan şəhər kimi təsvir olunub.

Zəncana Monqolların hücumundan Sultan Məhəmməd Xudabəndənin hakimiyyəti dövründə çoxlu ziyan dəymiş, Sultaniyyə dəyişib İlxani dövlətinin və İslam yurdunun böyük paytaxt şəhəri olmuşdur. Olcaytonun əmri ilə fartifikasiya (qala divarlar) çəkilmişdir. Sultaniyyənin sərhədlərində və onun mərkəzində hündür qala tiklimişdir. O, özü üçün məsçid tikdirmiş və həmin minbər Xudabəndə münbəri kimi tanınıb. Sultaniyyə Təbrizdən sonra regionda ən mühüm şəhərlərindən birinə çevrilir. Şəhər Topal Teymur tərəfindən dağıdılmışdır. Eramızın 786-cı ilində İlxanan yıxıldıqdan sonra Sultaniyyə tənəzzülə uğradı. Şah I Təhmasib Səfəvi dövründə bu şəhərdə Fətəli Şah Qacar yay sarayı tikdirmişdir.

Bu gün şəhərdə böyük əhali yaşayır. Zəncan şəhərinin təbiət, tarix və dini baxımdan ən mühüm yerləri aşağıdakılardır:

— Bir neçə mineral su bulaqları; — Anduran Qoruğu; — Möhtəşəm Zülfüqari binası; — Zəncan qala divarları; — Şamiran, Sansiz və Sati qəsrləri; — Gülşən və Maysk karavansarayları, qədim hamamlar; — Bir neçə körpü; — Qalicak və Xarmanç Sar tarixi mağaralar; — Seyid, Mirzəyi və Qolayr Cali Məscidləri; — İmamzadə Seyid İbrahim.

Əbhər redaktə

Xoş dağ havası, soyuq qarlı qışları və mülayim yayı, məşhur Əbhər Rud çayı şəhərdən keçir. Əbhər çay adlanan Əbhər rayonu yerli dialekti ilə İranın ən qədim rayonlarından biridir. Məlum faktlara görə, Əbhərın ən çiçəklənən vaxtı eramızdan əvvəl 2-ci minillikdən 9-cu əsrə qədər olub; müxtəlif tayfa birləşmələri (qəbilələr) bu regionda məskunlaşıblar. İlxani dövlətinin qurulduğu və Sultaniyyənin paytaxt seçildiyi zamandan bu region mühüm əlaqə nöqtələrindən birinə çevrilmişdir.

Bu vəziyyət hətta bu gün də mövcuddur. Etimoloci nöqteyi-nəzərdən bu şəhərin adı Pəhləvi dilində Oker sözündən gəlir, su axınını nizamlayan yer mənasını verir. Şəhərin ilk yeri Taneh Tour kimi tanınıb və Əbhar çayının sağ sahilindədir. Bu yer Zəncan əyalətində qədim insan məskənlərindən biridir və e.ə. 4-cü minilliyin əvvəlində yaşayış məskənlərindəndir. Əbhərın mühüm tarixi və dini baxımdan görməli yerləri aşağıdakılardır:

— Sultan Şah Qalası; — Seyid Abad tənəsi; — Həsən məqbərəsi; — Sultan minbəri; — Çələbi oğlu abidəsi; — Əbharın Cümə Məscidi; — Pirəhməd Zəhrhum və Molla Hüseyn məqbərələri; — Bir neçə İmamzadələr.

Xudabəndə redaktə

Xoş dağ havası, qarlı soyuq qışı və mülayim yayı var, Xudabəndə şəhəri Zəncandan cənub şərqdə yerləşir. Bu regionda Xudabəndə — Lu Və Əbhar tayfaları yerli tayfalarla qarışmışlar, nəticədə Zəncani kimi tanınmış bir qarışıq xalq yaranmışdır. Xudabəndə şəhəri iki tarixi şəhərlərin Sührəvəərd və Sayazın əhatəsindədir. Burada Şihabəddin Sührəvərdi kimi alimlər yetişmişlər. İnsan məskənlərinin olması bu rayonda e.ə. 4-cü minilliyin sonu — 5-ci minilliyin əvvəlinə təsadüf edir. Bu rayonun abidələri arasında tapılmış qırmızı gil dən hazırlanmış əşyalar var. Görməli, maraqlı yerlərdən:

— Gərmab mineral su bulağı; — Katiç Xur Qarmabın məzarlığı; — Sayaz Caşe məscidi; — Heydər Nəbi məqbərəsi və s. qeyd etmək olar.

Qoruq zonaları redaktə

İqlim və coğrafi müxtəliflik fauna və florada da öz əksini tapmışdır, onların zəngin olmasına səbəb olmuşdur. Ən böyük qoruqlar:

— Anduran Qoruğu 111,00 hektar ərazini əhatə edir; — Səhreyn Qoruğu Zəncan şəhərinin hüdudlarında yerləşir.

Bu bölgədə yaşayan vəhşi heyvanlar: məməlilərdən: keçi, tur, maral, ayı, canavar, bəbir, dovşan, pişik, tülkü, çaqqal, dələ, kaftar, samur. Quşlardan kəklik, qumru, şotland kəkliyi, göyərçin, keçəl kərkəs, bayquş, sarı kəklik, vağ, qaz, durna, ördək, qartal, şahin, sığırçın və s. Köçəri quşlar: su quşu, flaminqo, durna, pelikan, vəhşi qaz, şotland kəkliyi və balıqlar üçün müxtəlif həşaratlar.

Turizm redaktə

Zəncan şəhəri və əyalətin başqa şəhərləri Tehran-Bazərgan tranzit yolu boyu, Tehran-Təbriz dəmir yolu boyu yerləşirlər. Burada turistlər üçün hər lazımi şərait, xidmətlər vardır. Suvenirlər, əl işləri, (bıçaqlar, xəncərlər və s.) xalça, palaz, toxuma əl işləri satılır

İstinadlar redaktə

  1. "Əhalinin sayı". 2017-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-04.
  2. "World Gazetteer: Iran: divisions administratives". 2012-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-18.
  3. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi Arxivləşdirilib 2012-03-12 at the Wayback Machine:…1938-ci ildə Zəncan və ətraf kəndləri Şərqi Azərbaycandan ayrılaraq müstəqil quberniya yaradıldı.
  4. شماره کتابشناسی ملی:۲۸۷۹۴۱۴/طرح بررسی و سنجش شاخص‌های فرهنگ عمومی کشور (شاخص‌های غیرثبتی){گزارش}:استان زنجان/به سفارش شورای فرهنگ عمومی کشور؛ مدیر طرح و مسئول سیاست گذاری:منصور واعظی؛ اجرا:شرکت پژوهشگران خبره پارس -شابک:۶-۴۹-۶۶۲۷-۶۰۰-۹۷۸ *وضعیت نشر:تهران-موسسه انتشارات کتاب نشر ۱۳۹۱ *وضعیت ظاهری:۲۹۲ ص:جدول (بخش رنگی)، نمودار (بخش رنگی)
  5. "Arxivlənmiş surət". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-20.
  6. "İranontrip". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-14.
  7. Road Maintenance & Transportation Organization of İslamic Republic of İran (RMTO): Provincial Transportation and Terminals Department of Zanjan :Preface Arxivləşdirilib 2012-05-19 at the Wayback Machine
  8. Cultural Centre of the İslamic Republic of İran in Ottawa-Canada :Provinces & Cities Arxivləşdirilib 2011-09-18 at the Wayback Machine:…The majority of Zanjan province's inhabitants are Azerbaijanis.
  9. "Arxivlənmiş surət". 2007-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-20.
  10. "İran Statistika Mərkəzi : İranın ostanları (ingiliscə)". 2008-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-18.
  11. "Arxivlənmiş surət". 2007-09-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-29.
  12. "Main cities in İran". 2010-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-17.

Saytda 93 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023