Zəngilan rayonu Haqqinda Melumat - Vikipedia

Zəngilan rayonu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Zəngilan rayonu

Azərbaycanda rayon
Bu məqalə Zəngilan rayonu haqqındadır. Şəhər üçün Zəngilan səhifəsinə baxın.

Zəngilan rayonuAzərbaycan Respublikasında inzibati-ərazi vahidi. Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Qərbdə və şimal-qərbdə Ermənistan Respublikasının Sünik mərzi ilə, cənubda və cənub-şərqdə İran İslam Respublikasının Şərqi Azərbaycan ostanı ilə həmsərhəddir.

Rayon
Zəngilan rayonu

39°03′56″ şm. e. 46°41′48″ ş. u.


Ölkə
Daxildir Şərqi Zəngəzur
İnzibati mərkəz Zəngilan
İcra başçısı Ramiz Həsənov
Tarixi və coğrafiyası
Yaradılıb 30 avqust 1930
Sahəsi 730 km²
Əhalisi
Əhalisi 44 800 [1] nəfər
Rəqəmsal identifikatorlar
ISO kodu AZ-ZAN
Telefon kodu +994 26
Poçt indeksi AZ 6401
Avtomobil nömrəsi 64
Rəsmi sayt
Zəngilan rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnzibati mərkəzi Zəngilan şəhəridir. Hər il oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi qeyd olunur.

Tarixi redaktə

Uzun müddət düşmən tapdağında qaldıqdan sonra əks-hücum əməliyyatı nəticəsində 20 oktyabr 2020-ci ildə Zəngilan şəhəri, Ağ oyuq, Həkəri qəsəbələri və Birinci Muğanlı, Havalı, Zərnəli, Məmmədbəyli, Şərifan, Muğanlı kəndləri,[2][3] 21 oktyabr 2020-ci ildə Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qıraq Müşlan, Üdgün,Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri, 22 oktyabr 2020-ci ildə Zəngilan (kənd), Ağkənd, Kolluqışlaq, Malatkeşin, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi, 23 oktyabrda Mirzəhəsənli, Vənədli, 25 oktyabrda Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, 28 oktyabrda Birinci Ağalı, İkinci Ağalı, 30 oktyabrda Aladin, Vejnəli, 2 noyabrda Böyük Gilətağ, Dərə Gilətağ, 4 noyabrda Məşədiismayıllı, Rəzdərə, Şəfibəyli, 7 noyabrda Beşdəli, 9 noyabrda BartazÜzümçülər qəsəbəsi, Ağakişilər, Aşağı Gəyəli, Aşağı Yeməzli, Bürünlü, Canbar, Dərəli, Günqışlaq, İkinci Muğanlı, İsgəndərbəyli, Keçikli, Qarababa, Qaragöl, Qaragöz, Qazançı, Quyudərə Xəştab, Nəcəflər, Orta Yeməzli, Otuzuncu, Ördəkli, Pirveys, Sarıqışlaq, Sarılı Xəştab, Seyidlər, Sobu, Şamlı, Şatarız, Şayıflı, Şərikan, Tağlı, Yuxarı Gəyəli, Yuxarı Yeməzli, Yusiflər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[4]

Əhalisi redaktə

  • 1 yanvar, 2009-cu ilin məlumatları əsasında[5]
ərazi
cəmi kişi qadın
nəfər faiz nəfər faiz nəfər faiz
Zəngilan rayonu 39106 100,0 15764 100,0 23342 100,0
Şəhər əhalisi 17576 44,94 6937 44,01 10639 45,58
Kənd əhalisi 21530 55,06 8827 55,99 12703 54,42

Tanınmış sakinləri redaktə

İdman redaktə

1980-ci illərə qədər rayonun mərkəzi stadionu dahi Azərbaycan şairi Səməd Vurğunun adını daşıyıb[7]. Rayonun futbol komandasının adı isə "Süsən" idi[7].

Mənbə redaktə

  • Azərbaycan Milli Esiklopediyası. Bakı: 2007 səh. 875.

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.
  2. "Bu kəndlər də azad edildi - Prezident elan etdi". qafqazinfo.az (az.). 20 oktyabr 2020. 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2020.
  3. "Zəngilan və bu kəndləri azad edildi". qafqazinfo.az (az.). 20 oktyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2020.
  4. "İşğaldan azad edilmiş şəhər və kəndlərimiz". 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-20.
  5. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası – İnzibati ərazi vahidləri : Zəngilan rayonu [ölü keçid]
  6. "Qoşqar Təhməzli". 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-22.
  7. 1 2 Bir vaxtlar Zəngilanda belə komanda var imiş — FOTOLAR Arxivləşdirilib 2016-12-12 at the Wayback Machine. rekord.az, 30.11.2016  (az.)

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

Ən Son Axtarılanlar

Dostlarınla Paylaş

Saytda 132 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024