Zabit Quliyev
Zabit Adil oğlu Quliyev (6 iyun 1975, Ərəbxana, Kürdəmir rayonu) — Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı.[1][2][3]
Zabit Quliyev | |
---|---|
Zabit Adil oğlu Quliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ərəbxana, Kürdəmir rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Təltifləri |
Həyatı redaktə
6 iyun 1975-ci il Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olmuşdur. 1992-ci il Ərəbxana kənd orta məktəbini bitirdikdən sonra rayonda təsərrüfat işlərində çalışır. 1993-cü ildə isə Milli Orduya çağırılıb.[1]
Döyüşlərdə iştirakı redaktə
Zabit Quliyev cəbhə bölgəsində xidmətə başlayır. Füzuli, Ağdam, Ağdərə, Tərtər cəbhələrində fərqlənir.Dəfələrlə düşmənin zirehli texnikalarını sıradan çıxarır. Təkcə Seysulan kəndində gedən döyüşlər zamanı ermənilərin dörd tankını məhv edib.[1]
Ailəsi redaktə
Ailəlidir, bir övladı var.
Mükafatları redaktə
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Zabit Adil oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.[1]
İstinadlar redaktə
- ↑ 1 2 3 4 Azərbaycanın Milli Qəhrəmanları: Biblioqrafiya (PDF). Bakı: M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası. 2008. səh. 129.
- ↑ "Quliyev Zabit Adil oğlu". avciya.az. 16 iyul 2019 tarixində arxivləşdirilib.
- ↑ "Quliyev Zabit Adil oğlu". veten-ugrunda.az. 15 oktyabr 2015. 16 iyul 2019 tarixində arxivləşdirilib.
Ədəbiyyat redaktə
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" Bakı: "Dərələyəz-M", 2010, səh. 176.