Zabitlər parkı Haqqinda Melumat - Vikipedia

Zabitlər parkı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Zabitlər parkıAzərbaycanın paytaxtı Bakı şəhərində, Nəsimi rayonunda yerləşən park. Sahəsi 4 hektardır.

Zabitlər parkı
Məlumatlar
Parkın tipi park
Yerləşməsi Səməd Vurğun küçəsi 77, Nəsimi, Bakı, Azərbaycan
Koordinatları 40°23′07″ şm. e. 49°50′11″ ş. u.
Sahəsi 4 ha
Yaradılıb 2011 (yenidən)

Tarix redaktə

Şəhərin ən köhnə parklarından biri, əvvəllər bulvar adlanan Zabitlər parkı faşizmə qarşı döyüşlərdə həlak olan qəhrəmanların xatirəsinə Böyük Vətən müharibəsi illərində salınıb. Müharibədən sonra bu parka iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan Həzi Aslanovun adı verilib. 2009-cu ildə parkda abadlaşdırma işlərinə başlanılıb[1] və Zabitlər parkı 16 mart 2011-ci ildə yenidən açılıb.[2] Yenidən açılışında İlham ƏliyevMehriban Əliyeva iştirak edib.[1]

Xüsusiyyətlər redaktə

Bəzi köhnə cizgilərini çoxillik ağacların kölgəsində gizlədən 4 hektar sahəsi olan Zabitlər parkının siması tamamilə dəyişib. Burada orijinal işıqlandırma sistemi, əzəmətli daş fəvvarə və bu gün Bakının mərkəzi parklarının vizit-kartına çevrilmiş bürünc heykəllər qoyulub: fikrə dalan və gedişini planlaşdıran şahmatçı, çayxana girişində gülərüz çayçı və s. Fəvvarənin yaxınlığında, skamyaların birində yorğun bürünc fotoqraf heykəli, bir az aralıda çiçək satan qız heykəli yerləşir.[2]

Parkda 700 kvadratmetr sahəsi olan qapalı buz meydançası, görünüşü və orijinal dizaynı ilə diqqəti cəlb edən qeyri-adi "buz" kafesi var.[2] Parkda pulsuz Wi-Fi şəbəkəsi quraşdırılıb.[3]

Qalereya redaktə

İstinadlar redaktə

  1. 1 2 "İlham Əliyev Bakıda Zabitlər parkının açılış mərasimində iştirak etmişdir". President.az (az.). 16 mart 2011. 2018-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2018.
  2. 1 2 3 "Bakının 12 əfsanəvi parkı". Azertag (az.). 28 iyun 2016. 2017-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2018.
  3. "Bakıda pulsuz "Wi-Fi" şəbəkəsinə daha bir park qoşuldu". Fins.az (az.). 1 noyabr 2017. 2017-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2018.

Saytda 79 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024