Zakir Qəmərli Haqqinda Melumat - Vikipedia

Zakir Qəmərli Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Zakir Qəmərli (Qəmərli Zakir Paşa oğlu; d. 12 oktyabr 1942. Kirovabad, Azərbaycan SSR, SSRİ) — Tibb elmləri doktoru, professor (1995). B. N. Yeltsin adına Qırğızıstan‑Rusiya Slavyan Universitetinin onkologiya, şüa diaqnostikası və terapiya kafedrasının müdiri.

Zakir Qəmərli
Qəmərli Zakir Paşa oğlu
Doğum tarixi (81 yaş)
Doğum yeri Kirovabad, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Elmi dərəcəsi Tibb elmləri doktoru
Elmi adı professor (1995)
İş yeri Qırğızıstan‑Rusiya Slavyan Universiteti
Təhsili Qırğızıstan Dövlət Tibb İnstitutu
Mükafatları Qırğızıstanın Əməkdar həkimi,

Həyatı redaktə

Qəmərli Zakir Paşa oğlu 1942-ci il oktyabrın 12-də Azərbaycan SSR-nin Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. 1960-cı ildə həmin şəhərdə orta məktəbin rus bölməsini bitirib. 1961-ci ildə Qırğızıstan Dövlət Tibb İnstitutuna daxil olub, 1967-ci ildə ali məktəbi bitirib. Həmin ildən başlayaraq, Z. Qəmərlinin bütün fəaliyyəti Qırğızıstan onkologiya xidməti ilə ayrılmaz surətdə bağlıdır. O, 30 il Qırğızıstan Elmi-Tədqiqat Onkologiya və Radiologiya İnstitutunda işləyib. Adi həkimlikdən başlayıb, sonra şöbə müdiri olub, əyani aspiranturada oxuyub (1971–1974), institutun elmi katibi (1974–1978), direktorun elmi işlər üzrə müavini (1978–1985) olub. 1985-ci ildə Z. Qəmərli Moskvaya doktoranturaya göndərilib, 1986-cı ilin dekabrında isə Moskvadan geri çağırılıb və Qırğızıstan Elmi-Tədqiqat Onkologiya və Radiologiya İnstitutunun direktoru təyin edilib, 1997-ci ilə qədər orada işləyib. 1997-ci ildən indiyə qədər – B. N. Yeltsin adına Qırğızıstan-Rusiya Slavyan Universitetinin Tibbi Mərkəzinin kafedra müdiri və eyni zamanda direktorudur.

Z. Qəmərli 1975-ci ildə Daşkənddə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün, 1988-ci ildə isə Moskvada tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 1995-ci ildə Z. Qəmərliyə professor elmi adı verilib.[1]

Təltif və mükafatları redaktə

Z. Qəmərli Qırğız Respublikasının Səhiyyə Əlaçısıdır. 2003-cü ildə ona "Qırğız Respublikasının Əməkdar Elm Xadimi" fəxri adı verilib.

2004-cü ildə Qırğızıstan prezidenti Əsgər Akayevin fərmanı ilə tibb sahəsindəki xidmətlərinə görə Zakir Qəmərliyə Qırğızıstanın Əməkdar həkimi fəxri adı verilmişdir.[2]

İstinadlar redaktə

  1. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.
  2. AZƏRTAC. "SOYDAŞIMIZA QIRĞIZISTANIN ƏMƏKDAR HƏKİMİ FƏXRİ ADI VERİLMİŞDİR" (az.). azertag. 2004-02-25. İstifadə tarixi: 2019-01-08.

Saytda 127 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024