Zakir Quliyev Haqqinda Melumat - Vikipedia

Zakir Quliyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Quliyev Zakir Bəybala oğluAzərbaycan Respublikasının əməkdar mühəndisi, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini.

Zakir Quliyev
Quliyev Zakir Bəybala oğlu
Doğum tarixi (57 yaş)
Doğum yeri Sabirabad rayonu
Fəaliyyəti mühəndis
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı
3-cü dərəcəli "Əmək" ordeni — 2018
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

1 aprel 1966-cı ildə Sabirabad rayonunda anadan olmuşdur.[1]

1991-ci ildə Novoçerkask Mühəndis Meliorasiya İnstitutunu, 2003-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir.

Ailəsi redaktə

Ailəlidir, üç övladı var.

Fəaliyyəti redaktə

1986–1991-ci illərdə Azərbaycan Respublikası Kənd Tikinti İstehsalat Birliyinin Sabirabad 8 saylı İxtisaslaşdırılmış Səyyar Mexanikləşdirilmiş dəstəsində fəhlə, iş ustası, mühəndis, baş mühəndis, 1991–1998-ci illərdə həmin idarənin rəisi vəzifəsində işləmişdir.

1998–2006-cı illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində (əvvəllər Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi yanıda Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi) Sabirabad Suvarma Sistemləri İdarəsinin və Kür-Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi vəzifələrində işləmişdir.

2006-cı ildən Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinidir.

Mükafatları redaktə

İstinadlar redaktə

  1. "404 Error". www.mst.gov.az. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-09.

Xarici keçidlər redaktə


Saytda 214 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024