Zal Məmmədov Haqqinda Melumat - Vikipedia

Zal Məmmədov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Zal Məmmədov (tam adı: Zal Məşədi Cavad oğlu Məmmədov; d.1898, Şuşa - ö.1969) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.

Zal Məmmədov
Zal Məşədi Cavad oğlu Məmmədov
Doğum tarixi
Doğum yeri Şuşa, Rusiya imperiyası
Vəfat tarixi (70 yaşında)

Həyatı redaktə

Yelizavetpol kişi gimnaziyasını bitirmişdir (1918). Parlamentin 1919-cu il sentyabr tarixli qərarına əsasən, təhsilini dağ mühəndisliyi sahəsində davam etdirmək üçün Drezden Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına tehsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında təhsilini bitirməsinə il yarım qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.

Həmçinin bax redaktə


Saytda 91 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024