Zaur Axundov Haqqinda Melumat - Vikipedia

Zaur Axundov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Zaur Axundov

Azərbaycan əsgəri

Zaur Valeh oğlu Axundov (6 iyul 1971, Tovuz29 mart 1994, Koxanəbi, Tovuz rayonu) — Qarabağ müharibəsi iştirakçısı.

Zaur Axundov
Zaur Valeh oğlu Axundov
Doğum tarixi 6 iyul 1971(1971-07-06)
Doğum yeri
Vəfat tarixi 29 mart 1994(1994-03-29) (22 yaşında)
Vəfat yeri
Dəfn yeri

Həyatı redaktə

Zaur Axundov 1971-ci il iyul ayının 6-da Tovuz şəhərində anadan olub. 1978-ci ildə Tovuz şəhəri Nəsirəddin Tusu adına orta məktəbdə 1-ci sinifə gedib, 1988-ci ildə orta məktəbi bitirib. Sovet ordusunda 1989-cu ildə Rusiyanın Krasnoyarsk diyarının Abakan şəhərində əsgəri xidmətdə olub. 1991-ci ildə hərbi xidmətini başa vurub.[1]

Z.Axundov əsgəri xidmətini başa vurub Azərbaycana qayıtdıqdan sonra Tovuz istiqamətində gedən döyüşlərdə yaxından iştirak edib. 1992-ci ildən 1994-cü ilin 29 mart tarixinə qədər düşmənlə üzbəüz mövqelərdə döyüşüb.

Z.Axundov 1994-cü il martın 29-da Ermənistan ordusunun atdığı tank mərmisinin zərbəsinə tuş gələrək 11 nəfər döyüşçü yoldaşı ilə birgə həlak olub. Tovuz rayonunun Koxanəbi ərazində Sulutəpə zirvəsində şəhid olan Z.Axundov rayonun Şəhidlər Xiyabanında dəfn olunmuşdur.[2]

Xatirəsi redaktə

2005-ci ildə Z.Axundovun qardaşı taekvondo ustası Ümid Axundov tərəfindən şəhidin adını daşıyan taekvondo klubu yaradılıb. "Zaur Axundov adına Taekvondo Klubu" respublikanın idman həyatında mühüm rol oynayır və klubda sırf olimpiya qaydalarına uyğun məşqlər, yerli və beynəlxalq əhəmiyyətli yarışlar, turnirlər keçirilir.

Şəhidin adı həmçinin Tovuz rayonunun Aşağı Öysüzlü kənd mədəniyyət evinə verilib.

Zaur Axundov adına rayon mərkəzində də küçə var.

İstinadlar redaktə

  1. İradə Sarıyeva. "Tovuzun qəhrəman oğlu - şəhid Zaur Axundov..." (az.). baki-xeber. 2019-07-10. 2019-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-26.
  2. "Ermənistan təcavüzünün nəticələri: Rayonun şəhidləri: Axundov Zaur Valeh oğlu" (az.). heydaraliyev-centers.az. 2019. 2019-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-26.

Saytda 173 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024