Zayon Milli Parkı Haqqinda Melumat - Vikipedia

Zayon Milli Parkı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Zayon Milli Parkı

Zayon Milli Parkı (ing. Zion National Park) — cənub-qərbi ABŞ-də, Yuta ştatının Sprinqdeyl şəhərinin yaxınlığında yerləşən milli park. Milli parkın əsas tanınan yerləri 24 km uzunluğunda və yarısı 800 metr dərinliyində olan Zaton kanyonu ilə Virgin çayı tərəfindən yaradılmış qırmızı rəngli Navaxo qumdaşıdır. Milli parkın ən alçaq yeri Koalpits Uaş (1.117 m), ən hündür yeri isə Horses Ranço dağıdır (2.660 m). Zayon Milli Parkı Kolorado platformasının, Böyük Hövzənin və Moxave səhrasının qovşağında yerləşir. Parkın inanılmaz geologiyası və həyat zonalarının çoxluğu burada qeyri-adi heyvan və bitki növlərinin yayılmasına imkan vermişdir. Milli parkda 289 növ quş, 75 növ məməli məməli (19-u yarasa) və 32 növ sürünən qeydə alınmışdır. Milli parkda 4 ekosistem mövcuddur: səhra, sahilyanı, meşə və ağaclıq. Zion Milli Parkı dağlara, kanyonlara, monolitlərə, çaylara, mağaralara, tağlara ev sahibliyi edir.

Zayon Milli Parkı
ing. Zion National Park
Zayon Milli Parkı
Zayon Milli Parkı
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 59.326 ha
Yaradılma tarixi 19 noyabr 1919
Ziyarətçi sayı
  • 3.648.846 nəf. (2015)[1]
İdarəetmə orqanı ABŞ Milli Park Xidməti
Dağ Horses Ranço dağı
Faunası 289 növ quş, 75 növ məməli məməli (19-u yarasa) və 32 növ sürünən
Yerləşməsi
37°12′09″ şm. e. 112°59′16″ q. u.
Ölkə  ABŞ
Əyalət Yuta
Rayon Qorqudeli
Yaxın şəhər Sprinqdeyl
nps.gov/zion/index.htm
Zayon Milli Parkı xəritədə
Zayon Milli Parkı
Zayon Milli Parkı
Zayon Milli Parkı xəritədə
Zayon Milli Parkı
Zayon Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ərazidə ilk məskunlaşma 8.000 il əvvəl yerli amerikalılar tərəfindən olmuşdur. Yarı-köçəri Səbətdüzəldən mədəniyyətinə aid olan Anasazi xalqı bu xalqlardan biri olmuşdur. Öz növbəsində Virgin Anasaziləri burada oturaq həyat sürürdülər. Fərqli qrup olan fremontlular da bu ərazilərdə yaşamışdırlar. Mormonlar bu əraziyə ilk dəfə 1858-ci ildə gəlmiş və ərazidə məskunlaşmağa başlamışdırlar. 1909-cu ildə kanyonu qorumaq məqsədi ilə ABŞ prezidenti Uilyam Taftın təsdiqi ilə bu ərazilər Mukuntuveap Milli Abidəsi elan olunmuşdur. Nəhayət 1918-ci ildə ərazinin adı Milli Park Xidməti tərəfindən dəyişdirilərək Mormonlar tərəfindən daha çox işlənən Zayon adı ilə əvəz olunmuşdur. Tarixçi Hal Rotmana görə: "Milli parkın adı qeyri-obyektiv dəyişdirilmişdir. Hindu adlarını tələffüz etmək ziyarətçilər üçün narahatlıq yaratdığından bu onların gəlişini əngəlləyə bilərdi. Nəticədə Zayon adı daha çox ziyarətçinin gəlişinə səbəb olmuşdur". 19 noyabr 1919-cu ildə isə ABŞ Konqresi bu əraziyə milli park statusu vermişdir. 1937-ci ildə milli parkın Kolob kanyonu bölməsini ayıraraq Zayon Milli Abidəsi yaradılacağı elan olunmuş, lakin həmin ərazi 1956-cı ilə qədər milli parkın tərkibində qalmışdır.

Zayon və Kolob kanyonlarının geologiyasına 9 geoloji quruluş daxildir və quruluş 150 milyon yaşındadır. Mezosoy dövrünə aiddirlər. Kolorado platforması ərazini 13 milyon il əvvəl 3.000 metr qaldırmışdır.

Coğrafiya və iqlim redaktə

Milli park Yuta ştatının cənub-qərbində, Keyn, Ayrın və Vaşinqton qraflıqlarında yerləşir. Geoloji cəhətdən isə bu ərazi Markaqant və Kolob platformalarında, ABŞ-nin üç böyük bölgəsinin — Böyük Hövzə, Moxave səhrası və Kolorado platformasının kəsişməsindədir. Milli parkın şimal hissəsi Kolob kanyonları kimi məşhurdur və ora 15-ci yolla çatmaq mümkündür.

2.660 metr yüksəkliyi ilə Horse Ranço dağı milli parkın ən yüksək nöqtəsidir. Koal Pits Uaş isə milli parkın ən alçaq hissəsidir. (1.117 metr)

Park ərazisində dərələr düzbucaqlı formadadır.

 
Milli parkdan görünüş

Zayon kanyonuna olan yol 9,7 km uzunluğundadır və Sinavava məbədində başa çatır (Sinavava Payut hindularında Kayot tanrısıdır). Məbəddə kanyon daralır. Kanyona Zayon Kanyonu yolu ilə avtobus vasitəsilə ən tez Aprel, ən gec Oktyabrda sayahət etməyə icazə verilir. Xüsusi nəqliyyat vasitələri ilə isə ilin digər aylarında gediş-gəliş mümkündür. Digər yollar il boyu xüsusi nəqliyyatlar üçün açıq olur.

Milli parkın şərqində Zayon yüksəkliyi yerləşir. Bu hissədə Zayon dağı tuneli və parkın əsas görməli yerlərindən biri sayılan Çekerbord Mesa geoloji quruluşu və Şərq məbədi yerləşir.

Zayon kanyonunda yerləşən Kolob terrası isə Dəmir yolu quruluşuna, dəlik kanyonlara, Lava yüksəkliyinə və parkın gözəl ponaramasına ev sahibliyi edir. Qərbində Sidar şəhəri olan Kolob kanyonlarında dünyanın ikinci ən böyük qövsü olan Kolob qövsü yerləşir.

 
Ansel Adam tərəfindən 1941-ci ildə çəkilmiş şəkil

Yaz fəsli gözlənilməz iqlimə sahibdir. Yaz fəsli fırtınalı və nəmli keçir, həmçinin bəzən günəşli və isti havaya təsadüf edilir. Ən çox atmosfer yağıntısı mart ayında yağır. Ərazidə bitən yabanı güllər isə aprel ayından iyun ayına qədər çiçəkləyir və bu çiçəklənmə may ayında öz pik həddinə çatır. Payız fəsli aydın və mülayimdir: gecələr adatən sərindir. Yay günləri temperatur yüksək olsa da (35–43 °C), gecələr bu temperatur aşağı enir (18–21 °C). Gündüz leysanları əsasən iyun-sentyabr aylarının ortalarına təsadüf edir. Bu leysanlar milli parkda qısa müddətli şəlalər, eləcə də daşqınlar yaradır. Milli parkda qış xeyli mülayim keçir. Qış fırtınları özü ilə yağış və bir az qar gətirir. Milli parkın daha yüksək nöqtələrinə daha çox qar yağır. Aydın günlərdə havanın temperaturu 43 °C-yə, gecələr −4–7 °C-yə çatır. Qış fırtınaları bəzən bir neçə gün çəkə bilər və buzlu yollar yaradır. Zayon yolları təmizlənir, amma qarla örtülən Kolob terrası yolu bağlı qalır. Bu cür hava şəraiti noyabrdan marta qədər davam edir.

Tarix redaktə

Arxeoloqlar Zayon insanının tarixini üç dövrə bölürlər: arxaik, tarix öncəsi, tarixi. Hər dövr Zayon insanının sosial əlaqələrinə və inkişafına görə fərqlənir.

Arxaik dövr redaktə

Bu ərazilərdə ilk insan məskənləri ovçuluq və toxum yığıcılığı ilə məşğul olmaq üçün məqsədi ilə 8.000 il əvvəl yaranmışdır. Getdikcə bu qruplar qarğıdalı və digər dənli bitkilər yetişdirməyə başlamış və oturaq həyat tərzinə keçmişdirlər. Daha sonra bu dövrdə bu insanlar "Pueblo" adlandırılan daimi evlər düzəltməyə başlamışdırlar. Arxeoloqlar bu dövrü Arxaik dövr adlandırırlar və 500-cü ilə qədər davam etmişdir. Bu dövrə aid səbətlər, yukka bitkisinin lifindən hazırlanmış səndəllər və kəndir şəbəkələri aşkarlanmışdır. Daşdan hazırlanmış məmulatlara saplı nizə ucluqları, bıçaqlar aiddir. Nizə ucluqları taxta sapına bitişdirilmişdir.

Zayon insanları 300-cü ilə qədər inkişaf edərək yarı-köçəri Anasazi və Səbətdüzəldənlər mədəniyyətlərini yaratmışdırlar. Səbətdüzəldənlərə aid arxeoloji qazıntı yerlində yeraltı "daş qutular" və bir hissəsi torpağın altında olan ev — Pit-hauzlar tapılmışdır. Bu xalq məhdud təsərrüfat imkanları səbəbindən yaxşı ovçu və yığıcı olmuşdurlar. Onlar əsasən qida və ticarət üçün əhəmiyyətli sayılan şam fıstığı yığırdılar.

Orta əsrlər redaktə

 
Cənub Payutları tərəfindən istifadə olunan evciklər

Virgin Anasaziləri və Fremontlar təxminən 1300-cü ilə qədər cənub-qərbi Yutadan yoxa çıxdılar. Hesab olunur ki, XIXII əsrlərdə bu ərazilərdə baş vermiş quraqlıq son həddə çatmış və onsuz da quraq olan bu ərazidə əkinçiliyi mümkünsüz etmişdir.

Arxeoloji sübutlar göstərir ki, Virgin Anasazilərindən sonra onlarla qohum olan və numi dillərində danışan Cənub Payutları və Yutalar ərazidə yenidən məskunlaşmışdırlar. Onlar bu ərazidə ov əti və toxum tapmaq üçün gəlmişdilər. Cənub Payutları öz təlabatlarını artırmaq üçün qarğıdalı, günəbaxan və balqabaq əkirdilər. Burada bir çox yerli qruplar yemək bişirmək və qidanı saxlamaq üçün qəhvəyi qablar düzəldirdilər.

Avro-amerikalılar tərəfindən öyrənilmə və məskunlaşma redaktə

Tarixi dövr Yutanın cənubunun Silvester Velez de Eskalante və Fransisko Atanasio Dominqez tərəfindən öyrənilməsi ilə XVIII əsrdən başlayır. Onlar 13 oktyabr 1776-cı ildə Kolob kanyonuna çatmaqla bu ərazilərə ayaq basan ilk avropalılar olmuşdur. 1825-ci ildə ovçu və tacir Cedaday Smit Amerika Xəz Kompaniyasının vasitəsilə bu ərazinin aşağı hissələrini öyrənmişdir.

1847-ci ildə Solt Leyk şəhərindən gəlmiş Mormon fermerləri bu ərazidə daimi məskunlaşan ilk avropalılar olmuşdur. 1851-ci ildə Sidar və Parovan bölgələri Mormonlar tərəfindən məskunlaşılmış və Kolob kanyonu ərazisi ağac materialı mənbəyi və qoyunçuluq üçün otlaq kimi istifadə edilməyə başlanmışdır. Onlar ərazidə mineral çöküntü axtarışına çıxmış və Kolob sularını məhsullarını suvarmağa yönləndirmişdirlər. Kolob adı da Mormonlar tərəfindən verilmişdir. Kolob Mormonların müqəddəs kitabında tanrının iqamətgahının yanında olan səmavi yerdir.

 
Zayon kanyonunun yaxınlığında ranço

1858-ci ilə qədər buradakı yaşayış məskənləri Virgin çayının 48 km cənubuna qədər genişlənmişdir. Həmin il gənc tərcüməçi və missioner Nefi Conson Zayon kanyonu və Virgin çayına gəlmişdir. Nefi Conson Virgin çayının yuxarı hissəsində əlverişli kənd təsərüüfatlarından yazmışdır. 1861 və ya 1862-ci ildə Cozef Blək Zayon kanyonuna doğru çətin səyahətə çıxmış və bu kanyonun gözəlliyi onu heyran etmişdir.

Zayon kanyonunda ilk məskunlaşan şəxs isə 1863-cü ildə tütün, meyvə ağacı və qarğıdalı fermeri olan İsaak Behunin olmuşdur. Behuninin ailəsi yay boyunca indiki Zayon otelinin ərazisində yaşayırdı və qışı Sprinqdeyldə keçirirdilər. İsaak Behunin buranı Bibliyada adı keçən sülh yeri olan Zayon adlandırmışdır. Növbəti illərdə bu kanyonda ikidən çox ailə məskunlaşaraq özləri ilə mal-qara və digər ev heyvanları gətirmişdilər. Kanyonda əkinçilik işləri Zayon 1909-cu ildə milli abidə elan olunana qədər davam etmişdir.

Povel Tədqiqat Ekspedisiyası 1869-cu ildə Böyük kanyondan sonra bur əraziyə gəlmişdir. Con Uesli Povel kanyona 1872-ci ildə çatmışdır və kanyonu Payut adı olan Mukuntuveap adlandırmışdır. Fotoqraflar Con Hillers və Ceyms Fennemor 1872-ci ilin yazında Kolob kanyonu bölgəsini ziyarət edən ilk amerikalılar olmuşdur.

Qoruma və turizm redaktə

 
Frederik Dellenbo tərəfindən Zayon kanyonuna həsr olunmuş rəsm əsəri (1903)

Zayon Milli Parkına həsr olunmuş ilk rəsm əsərləri səyyah və rəssam Frederik Dellenbo tərəfindən çəkilmişdir. Həmin əsərlər 1904-cü ildə Sent Luis Dünya Sərgisində nümayiş olunmuş və növbəti il Skribner jurnalında çap olunmuşdur. Şəkillər, hesabatlar və rəsm əsərləri ABŞ prezidenti Uilyam Taftın 1909-cu il 31 iyulda Mukuntukuveap Milli Abidəsinin yaradılması haqqında qərar verməsinə səbəb olmuşdur. 1917-ci ildə yenicə yaradılmış ABŞ Milli Park Xidməti bu ərazidəki kanyonları ziyarət etmiş və buranın o qədər də məşhur olmayan yerli Mukuntuveap adının Mormonlar tərəfindən işlədilən Zayon adı ilə əvəzlənməsi təklif olunmuşdur. 1919-cu il 19 noyabrda ABŞ Konqresinin qərarı ilə Zayon Milli Parkı təsis olunmuşdur. 22 yanvar 1937-ci ildə Kolob kanyonları ərazisindən Zayon Milli Abidəsi yaradılsa da, 11 iyul 1956-cı ildə bu bu milli abidə ləğv olunaraq parka birləşdirilmişdir.

Zayon milli park statusu almamışdan qabaq Cənubi Yutada yolların az olması, uzaqda yerləşməsi və məskunlaşmanın pis olması səbəbi ilə nadir hallarda ziyarət edilirdi. 1910-cu ildən əraziyə gedən araba yollarının əvəzinə magistral yollar salınmağa başlanmış və 1917-ci ildə kanyona gedən ilk yol tamamlanmışdır.

 
Zayon Milli Parkının afişası (1938)

Avtomobillər 1917-ci ilin yayından kanyona gəlməyə başlamışdır. Uilli Kamp əraziyə gələn və burada gecələyən ilk turist olmuş və həmin il çadır da qurmuşdur. Birləşmiş Sakit okean Dəmiryoluna bağlı Yuta Parkları Kompaniyası Uilli Kampa 1923-cü ildə Bris kanyonu, Kaybab platforması və Böyük kanyonda avtobus səyahətləri üçün sürücü olmağı təklif etmişdir. 1925-ci ildə isə Uilli Kampın çadırının yanında Zayon oteli tikilmişdir. Otel Rustik üslubunda memar Qilbert Stenli Andervud tərəfindən tikilmiş və tikinti işləri Yuta Parkları Kompaniyası tərəfindən maliyyələşdirilmişdir.

İnfrastruktiv təkmilləşdirilməsi redaktə

Zayon-Karmel dağı yüksəkliyində 1927-ci ildə aparılan işlər Sprinqdeyl şəhəri ilə milli parkın şərqi arasında əlaqə yaratmağa imkan yaratmışdır. Həmin yol 1930-cu ildə açılmış və beləliklə parkın turizm imkanları xeyli artmışdır. Zayon-Karmel dağı yüksəkliyinin ən məşhur və görməli yeri sərt qumdaşı qayasına baxmayaraq 6 böyük pəncərəsi olan və 1,8 km uzunluğundakı Zayon-Karmel dağı tunelidir.

1896-cı ildə yerli ranço sahibi Con Uinder Əks-səda kanyonuna qalxan cığırı inkişaf etdirmişdir və bu cığır sonradan Şərqi Rim cığırına çevrilmişdir. Sahibkar David Flaniqan bu cığırdan öz işləri üçün istifadə etmişdir. Daha sonra bu yol Sinavava məbədinə qədər 1,6 km uzadılmışdır. Angels Landinq yolu isə 1926-cı ildə tikilmiş və Virgin çayı üzərində iki körpü salınmışdır. Digər yollar isə 1930-cu illərdə Mülki Mühafizə Korpusu tərəfindən salınmışdır.

Son dövrlərdə redaktə

Zayon Ölüm yolu Zayon kanyonuna çatmaq üçün imkan yaradır. Dar kanyon yolunda gediş-gəlişin problem yaratması 1990-cı illərdə əsas problem sayılırdı. 2000-ci illərdə kanyonda gediş-gəlişli avtobus xidməti təsis olunmuşdur. Zayon Milli Parkının bu "nəqliyyat donanması"na həm də hərəsi 36 sərnişin tutan tramvaylar da aiddir. Apreldən oktyabr ayına qədər yollar digər nəqliyyat vasitələri üçün bağlı olur və ziyarətçilər avtobuslardan istifadə edir.

12 aprel 1995-ci ildə güclü yağışlar Zayon kanyonunda torpaq sürüşməsinə səbəb olmuş və Virgin çayının axını kəsilmişdir.

Geologiya redaktə

Zayon Milli Parkın Qrand Starkeys adlandırılan qayalar sisteminin parçası olan 9 geoloji quruluş yerləşir. Bu geoloji quruluşlar 150 milyon il əvvəl Şimali Amerikada Mezosoy dövründən qalma çökmə prosesinin bir nümunəsidir.

Milli park ərazisində çökmə süxurlar müxtəlif təsirlərlə müxtəlif mühitlərdə yığılmışdır.

  • Dayaz, ilıq dənizin təsiri ilə (Kaybab əhəngdaşı quruluşu, Moenkopi quruluşu)

 

Zayon Milli Parkındakı geoloji quruluşlar[2]
Qaya təbəqəsi Görünüş Yerləşmə Yaranma Qaya tipi Şəkil
Dakota Quruluşu Yarğanlar Hors Ranç dağının təpəsi Çaylar Konqlomera və qumdaşı Dakota Qumdaşı 
Karmel quruluşu Yarğanlar Karmel dağı qovşağı Şelf dənizi, sahilyanı səhra Əhəng, qumdaşı, qips Karmel quruluşu 
Templ Kap quruluşu Yarğanlar Vest Tempilin zirvəsi Səhra Qumdaşı {{small|Templ Kap quruluşu}} Navajo Sandstone Steep cliffs 1,600 to 2,200 ft (490 to 670 m) thick; red lower layers are colored by iron oxides Tall cliffs of Zion Canyon; highest exposure is West Temple. Cross-bedding shows well at Checkerboard Mesa (photo) Desert sand dunes covered 150,000 kv. mil (390,000 km2). Shifting winds during deposition created cross-bedding Sandstone Navajo Sandstone  showing its two tones]]
Kayenta Formation Rocky slopes Throughout canyon Streams Siltstone and sandstone  Kayenta Formation]]]]
Moenave Formation Slopes and ledges Lower red cliffs seen from Zion Human History Museum Streams and ponds Siltstone and sandstone  Moenave Formation]]]]
Chinle Formation Purplish slopes Above Rockville Streams Shale, loose clay and conglomerate  Chinle Formation]]]]
Moenkopi Formation Chocolate cliffs with white bands Rocky slopes from Virgin to Rockville Shallow sea Shale, siltstone, sandstone, mudstone, and limestone  Moenkopi Formation]]]]
Kaibab Limestone Cliffs Hurricane Cliffs along I-15 near Kolob Canyons Shallow sea Limestone  Hurricane Cliffs]]/Kaibab Limestone]]

İstinadlar redaktə

  1. https://irma.nps.gov/Stats/Reports/Park/ZION.
  2. NPS contributors. "Geology Fieldnotes: Zion National Park". Washington, D.C.: National Park Service. 2007-12-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2009. (public domain text and table)

Saytda 101 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024