Zelik Yampolski Haqqinda Melumat - Vikipedia

Zelik Yampolski Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Zelik İosifoviç Yampolski (1911, Bakı1981, Bakı) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru.

Zelik Yampolski
Zelik İosifoviç Yampolski
Doğum tarixi 1911
Doğum yeri
Vəfat tarixi 1981
Vəfat yeri
Elm sahələri arxeologiya, tarix
Elmi dərəcəsi
Elmi adı
İş yerləri
Təhsili
  • Moskva Tarix, Fəlsəfə və Ədəbiyyat İnstitutu[d]

Həyatı redaktə

Zelik Yampolski 1911-ci ildə anadan olmuşdu. Moskvada Tarix, fəlsəfə və ədəbiyyat institutunu bitirəndən sonra AMEA-nın tarix institutunda çalışmışdı. O, Azərbaycana aid 100-dən artıq işlərin müəllifi idi.

Zelik Yampolski 1981-ci ildə vəfat edib.

Yaradıcılığı redaktə

Görkəmli tarixçi, Qafqaz Albaniyasının ilk tədqiqatçılarından biri mərhum Z. İ. Yampolski yurdumuzun tarixinin araşdırılmasında böyük xidmətləri olmuşdur. O, antik və ilk orta əsr yazılı qaynaqlara əsaslanaraq Albaniyanın ictimai-iqtisadi quruluşunu, ərazisini, etnik tərkibini ilk dəfə olaraq tədqiq etmişdir. Yampolski digər bir əsərində də ilk dəfə olaraq Azərbaycan tarixşünaslığında Zaqafqaziya ərazisindən Kaspi dənizi, KürRioni çayı vasitəsi ilə Qara dənizə gedən beynəlxalq ipək yolunun, su-quru ticarət yolunun olmasını hərtərəfli tədqiq etmişdir. O, həm dəqədim yazılı qaynaqlara, arxeoloji və etnoqrafik materiallara, məlumatlara əsaslanaraq Qafqaz Albaniyası çoxsaylı dini məsələlərini öz əsərində hərtərəfli tədqiq etmiş və öyrənmişdir.

Əsas əsərləri redaktə

  • "Из истории древней Кавказской Албании" (1949 г.);
  • "Атропатена и Кавказская Албания в I в. до н. э. — III в. н. э. (1952 г.);
  • "Древние религии Азербайджана" (1958 г.);
  • "Кавказская Албания" (1961 г.);
  • "Роль Атропатены в истории Азербайджана" (1971 г.)

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 171 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024