Zeynal Əlizadə Haqqinda Melumat - Vikipedia

Zeynal Əlizadə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Zeynal bəy Əlizadə

(Zeynal Əlizadə səhifəsindən istiqamətləndirilmişdir)

Əli­yev Zey­na­lab­din bəy Ha­ca­ğa oğ­lu (24 aprel 1894, Ba­kı – 1937) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) milli mədəniyyətin tərəqqisində yaxından iştirak etmiş mədəniyyət xadimi.[2]

Zeynal bəy Əlizadə
Əlizadə Zeynal Hacıağa oğlu
Doğum tarixi
Doğum yeri Bakı, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR
Təhsili Moskva Kommersiya İnstitutu (1916-18)[1]

Həyatı redaktə

Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti Par­la­men­ti­nin xü­su­si qə­ra­rı­na əsa­sən, döv­lət he­sa­bı­na ali təh­sil al­maq üçün xa­ri­cə gön­də­ril­miş tə­lə­bə­lər­dən bi­ri. Par­la­men­tin 1919 il 1 sent­yabr ta­rix­li qə­ra­rı­na əsa­sən, təh­si­li­ni me­mar­lıq sa­hə­sin­də da­vam et­dir­mək üçün Ro­ma Kral Rəs­sam­lıq Aka­de­mi­ya­sı­na (İta­li­ya) gön­də­ril­miş­di. Son­ra­kı ta­le­yi ba­rə­də mə­lu­mat aş­kar olun­ma­mış­dır".

Zeynal Əlizadə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 23 mart1920-ci il 30 yanvar tarixli qərarları ilə dövlət gerbinin, hərbi orden-medalların və dövlət möhürünün layihələrinin hazırlanması məqsədilə elan olunmuş müsabiqədə fəal iştirak etmişdir.[2] Onun layihəsi əsasında buraxılmış döş nişanları və xatirə medallarında Parlamentin binası, bayraq, aypara, səkkizguşəli ulduz, günəşin doğması, gül çələngi həkk olunmuşdur.[2]

Haqqında yazılanlar redaktə

"Azər­bay­can Yurd bil­gi­si" dər­gi­sin­də­ki mə­qa­lə­lər "Hey­kəl­tə­raş Zey­nal A. Sa­ray" və "Zey­nal Ak­koç" im­za­la­rı ilə çap olun­muş­dur.

"1919-cu il­də, av­qust ayı­nın 27-ci gü­nün­də ve­ri­lib şə­ha­dət­na­mə xü­su­sun­da ki, Ağa Zey­na­lab­din bəy Ha­cı Ağa­bəy oğ­lu Əli­yev Ba­kı şə­hə­ri­nin sa­ki­ni, Ha­cı Qa­sım­bəy məs­ci­di­nin ca­maa­tı­na mən­sub­dur. Tə­vəl­lü­dü va­qe olub 1894-cü il­də ap­rel ayı­nın 24-cü gü­nün­də, ne­cə ki, tə­vəl­lü­dü sü­but olu­nub məs­ci­din met­rik dəf­tə­rin­də

İm­za­nı təs­diq edi­rəm.

Ha­cı Qa­sım­bəy məs­ci­di­nin mol­la­sı Mol­la Ru­hul­la Ha­cı Ab­dul­la oğ­lu."

Mövsüm Əliyevin yaz­mış ol­du­ğu mə­qa­lə­lərdə, Zey­nal Ha­cıa­ğa oğ­lu Əli­za­dənin 1895-ci il­də Ba­kı şə­hə­rin­də ana­dan ol­duğu qeyd olunub.

Be­lə ki, şə­ha­dət­na­mə­ni əsas gö­tür­sək, "Əli­yev Zey­na­lab­din bəy Ha­cı Ağa­bəy oğ­lu 1894-cü il ap­rel ayı­nın 24-də" ana­dan ol­muş­dur.

Hə­min ya­zı­lar­da mə­lu­mat ve­ri­lir­di ki, Zey­nal Əli­za­də or­ta təh­si­li­ni bi­tir­dik­dən son­ra (1915-ci il­də) Mosk­va Kom­mer­si­ya ins­ti­tu­tu­na da­xil ol­muş, bu­ra­da üç il təh­si­li­ni da­vam et­dir­miş, 1918-ci ilin pa­yı­zın­da Ba­kı­ya qa­yıt­mış­dır?. Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin poçt və te­leq­raf na­zir­li­yin­də xü­su­si tap­şı­rıq­lar üz­rə baş mə­mur və­zi­fə­si­nə tə­yin olu­nan Zey­nal Əli­za­də ey­ni za­man­da rəs­sam­lıq sə­nə­ti üz­rə də öz ya­ra­dı­cı­lı­ğı­nı da­vam et­dir­miş­dir. Poçt markalarının rəssamı olmuşdur.

Zey­nal Əli­za­də­nin İta­li­ya­da təh­sil al­ma­sı haq­qın­da­kı fakt­lar, aka­de­mi­ya­nı 1923-cü il­də bi­tir­miş Zey­nal bə­yin Pa­ris­də ya­şa­yan Cey­hun Ha­cı­bəy­li ilə ya­zış­ma­la­rın­da da təs­diq­lə­nir. N.Abu­ta­lı­bo­va bu­nun­la bağ­lı ya­zır: "1919-cu ilin or­ta­la­rın­da (1920-ci ilin yan­va­rın­da – M.S.) Ru­si­ya­nın və Av­ro­pa­nın ali mək­təb­lə­rin­də oxu­maq üçün 99 azər­bay­can­lı gənc gön­də­ril­miş­dir. On­lar­dan iki­si­nin in­ti­har et­di­yi­ni bi­lib qa­lan­la­rın hə­ya­tı ilə ma­raq­lan­ma­ğa baş­la­dıq. Bu, çox mü­rək­kəb bir iş idi. Bu­nun­la be­lə, bə­zi şey­lə­ri ay­dın­laş­dır­maq müm­kün ol­du. Bu­dur, əli­miz­də Pa­ris­də çə­kil­miş şə­kil var­dır. Tə­lə­bə­lər Av­ro­pa öl­kə­lə­ri­nə yo­la düş­məz­dən qa­baq çək­di­rib­lər?. Hey­kəl­tə­raş Zey­nal Əli­ye­vin Cey­hun Ha­cı­bəy­li­yə üç mək­tu­bu da biz­də­dir. Bun­lar­dan iki­si 1922-ci il­də ya­zıl­mış­dır və Z.Əli­yev xə­bər ve­rir ki, Pe­ru­ca­da Ak­ka­de­mia di Bel­la Ar­ti­də oxu­yur, mad­di yar­dı­ma gö­rə min­nət­dar­dır. Sər­gi­lə­rin­dən də söh­bət açır. Ey­ni ün­va­na gön­dər­di­yi so­nun­cu (27 av­qust 1927-ci il) mək­tu­bun­da ya­zır ki, Aka­de­mi­ya­nı bi­ti­rib, iş ta­pa bil­mir, kor­luq çə­kir, bu­na gö­rə də Bra­zi­li­ya­ya köç­mək is­tə­yir. Mək­tu­bun­da Ba­kı­dan gəl­miş ba­cı­sı Sa­ra­nı və Ber­lin­də tə­lə­bə olan İbad Əli­ye­vi xa­tır­la­yır. Bu­ra­da siz Zey­nal Əli­ye­vin İta­li­ya­da poçt otk­rıt­ka­la­rı şək­lin­də bu­ra­xıl­mış fo­to­şə­kil­lə­ri ilə ta­nış ola bi­lər­si­niz".

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2018-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-30.
  2. 1 2 3 Azərbaycan Xalq Cümhuriyyəti (ədəbiyyat, dil, mədəniyyət quruculuğu), Bakı, 1998.

Həmçinin bax redaktə


Saytda 129 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023