Zeyvə (Xalxal) Haqqinda Melumat - Vikipedia

Zeyvə (Xalxal) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Zeyvə və ya Zəviyə-i SadatƏrdəbil ostanı Xalxal bölgəsinə bağlı kənd.

Zeyvə
37°34′23″ şm. e. 48°31′42″ ş. u.
Ölkə
Xəritəni göstər/gizlə
Zeyvə xəritədə
Zeyvə
Zeyvə

Tarixi redaktə

Zeyvə kəndi Xalxal şəhərinin cənubunda, Alışma kəndi ilə Dəvə ölən dərəsi qonşuluğundadır. XIX əsrin axırında 550 ailədən ibarət olan bu kənddə hazırda 1000-dək ailə yaşayır ki, onların da əksəriyyəti seyidlərdir.

Əsrarəngiz təbiətli Zeyvə üç tərəfdən çox da uca olmayan dağ və təpələr, qismən meşəliklə əhatələnmişdi. Bu sətirlərin müəllifi 2003-cü ildə Güney Azərbaycanda olarkən Zeyvə kəndini ziyarət etmiş və S.C.Pişəvərinin mənsub olduğu tayfanın və ailənin tarixçəsini öyrənməyə çalışmışdır. Təəssüflə qeyd etməliyik ki, bu kənddə S.C.Pişəvəri nəslinə mənsub qalan yoxdur və ya siyasi şübhələrlə bağlı özlərini tanıtdırmadılar. Bu cəhətdən biz Zeyvədən məyus qayıtdıq. Bununla birlikdə öyrənə bildik ki, ata babası Kəlbəlayi Mir Yəhya və onun oğlu (S.C.Pişəvərinin atası) Mir Cavad ağa mahalda yaxşı tanınan Seyid Mir Əzizli tayfasındandır ki, bu tayfanın bir qolu da S.C.Pişəvərinin anası Seyid Səkinə xanımın nəsil şəcərəsi – məşhur Təba-təbailər nəsli ilə əlaqələnir. Kənd ağsaqqallarının etirafına görə S.C.Pişəvərinin ulu babası Kəlbəlayi Mir Yəhya ağa dini təhsil almış, halal kasıb-kusuba əl tutan və hörmətli adam olmuşdur. S.C.Pişəvərinin atası Mir Cavad Kəlbəlayi Mir Yəhya ağanın ikinci arvadından olduğundan o, qardaşları ilə ögey atabir, ana ayrı idilər. Kəlbəlayi Mir Yəhya ağa ortabab kəndli olmuĢ, onun bağı, əkin sahəsi, mülkü və bir miqdar mal-heyvanı olmuşdur. O, dünyasını dəyişdikdən sonra qardaĢları Mir Cavad ağanın vərəsəlik payına da insafsızcasına sahib çıxdıqları üçün Mir Cavad qardaşlarından incik düşmüş və bu inciklik Mir Cavadın ailəliklə Azərbaycanın Quzeyinə – Bakıya köçməsinə səbəblərdən biri kimi göstərilir. Mir Cavad 20 yaşında olarkən qonşu Kivi kənddən, Seyid nəslindən olan Seyid Səkinə xanımla ailə qurur. Doğularkən tələf olmuş iki uĢağı nəzərə almasaq, Seyid Səkinədən üç oğlan: Mir Cəfəri, Mir Xəlil, Mir Səlim və iki qız: Seyid Cavahir (Rüsxarə), Seyid Suğra dünyaya gəlmişdir.

Coğrafiyası redaktə

Məşhurları redaktə

İstinadlar redaktə

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 287 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024