Zila Klark Haqqinda Melumat - Vikipedia

Zila Klark Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Zila Klark (ing. Zelah Clarke) - Böyük Britaniya aktrisasıdır.

Zila Klark
ing. Zelah Clarke
Doğum adı Zila Klark
Doğum tarixi (69 yaş)
Doğum yeri Böyük Britaniya Birləşmiş Krallıq
Vətəndaşlığı Böyük Britaniya
Həyat yoldaşı Frensis Eş
Uşağı Lamorna
Fəaliyyəti teatr aktrisası, kino aktrisası, televiziya aktrisası
Mükafatları CableACE Awards
IMDb ID0165055

Həyatı redaktə

Zila Klark 4 aprel 1954-cü ildə Böyük Britaniyanın cənubunda yerləşən Kornuoll qraflığının Redrut şəhərində dünyaya gəlmişdir.[1] 17 yaşında balet məktəbini bitirmişdir. Film karyerasına 1972-ci ildən başlamışdır. Həmin ildə "Üçlü exo" filmində personajlardan birini canlandırmışdır. 1975-ci ildən başlayaraq həm televiziya seriallarında, həm də filmlərdə çəkilməyə başlayır. 1983-cü ildə Şarlotta Brontenin "Ceyn Eyr" əsəri əsasında Culian Emyes tərəfindən çəkilən "Ceyn Eyr" televiziya serialında iştirak etmişdir.[2] Televiziya serialında "Ceyn Eyr" personajını canlandırmışdır. Bu roluna görə 1985-ci ildə "CableACE Awards" mükafatının nominasiyasına layiq görülmüşdür. Bir müddət sonra Zila Klark "BBC" kanalının icraçı prodüseri Frensis Eş ilə ailə həyatı qurmuş və onların Lamorna adlı qız övladı dünyaya gəlmişdir.

Filmoqrafiya redaktə

İl Film Rol Qeydlər
1972 Üçlü exo personajlardan biri TV film
1975 Poldark personajlardan biri TV serial
1976 Necə mənim vadim yaşıl oldu Seinven Lloyd TV serial
1976 Kölgələr Qrizelda TV serial
1976 Dyuk Stritdən Hersoginya Ket TV serial
1977 Yeni il mahnısı Marta Kretiç TV film
1978 Tac məhkəməsi Nadiya Filips TV serial
1978 Qadının yeri Qlenis TV serial
1978 İtirilmiş uşaqlar Vendi TV serial
1980 Riçardın marağı Həkim TV film, tirdə göstərilməyib
1981 BBC2 Teatrı Ceyn TV serial, 20-ci epizod: Torağay.
1983 Dombey və oğlu Syuzan Nipper TV serial
1983 Ceyn Eyr Ceyn Eyr TV serial
1986 Ledi və Ceyn Ledi Enn Uarton TV film
1986 Fəlakət Rut Vayt TV serial
1987 Evdən yaxşı yer yoxdur Xanım Pilkington TV serial
1990 Mükəmməl yaramazlar daşınmaz əmlak agenti TV serial
1991 Dodgem Magistrat TV serial
1992 Ölü romantik mağazada köməkçi TV film

İstinadlar redaktə

  1. Zelah Clarke Arxivləşdirilib 2016-03-14 at the Wayback Machine, Ovguide.com saytında, Yoxlanılıb: 5 sentyabr 2015
  2. Jane Eyre history Arxivləşdirilib 2014-12-14 at the Wayback Machine Bbc.co.uk saytında, Yoxlanılıb: 5 sentyabr 2015

Xarici keçidlər redaktə


Saytda 96 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023