Zirə FK Haqqinda Melumat - Vikipedia

Zirə FK Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Zirə FK

Azərbaycanın futbol klubu

Zirə FKBakının Zirə qəsəbəsini təmsil edən futbol klubu. Klub Azərbaycan Premyer Liqasında çıxış edir. 2014-cü ildə yaradılıb. 2014/2015 mövsümünü Azərbaycan Birinci Liqasında keçirən komanda 5-ci yeri tutmasına baxmayaraq AFFA-nın lisenziyalaşma qaydalarına əsasən Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb. 2015/16 mövsümündən daim Azərbaycan Premyer Liqasında iştirak edən "Zirə" bu müddətdə daim ilk 5-likdə qərarlaşıb. Komanda bu müddətdə 1 dəfə — 2015/16 mövsümündə Azərbaycan Premyer Liqasının gümüş medallarını qazanıb.

Zirə FK
Loqonun şəkli
Klubun tam adı Zirə futbol klubu
Ölkə Azərbaycan Azərbaycan
Ləqəb(lər) "Qartallar"
Rəng(lər) mavi
Yaranma tarixi 28 iyul 2014
Stadionu Zirə İdman Kompleksi[1]
Tutumu 1 500
Prezidenti Taleh Nəsibov
Baş məşqçisi Rəşad Sadıqov
Liqa Azərbaycan Premyer Liqası
2022-2023 5.
Rəsmi saytı

Stadionu redaktə

Zirə ev oyunlarını Zirə İdman Kompleksi -ndə keçirir.[1] Stadion təbii ot örtüklüdür və 1500 nəfər tamaşaçı tutumuna malikdir. Burada futbol oyunlarının beynəlxalq standartlar səviyyəsində təşkili üçün xüsusi bina inşa edilib. Binada dopinq nəzarəti, həkim, hakim və məşqçilər üçün otaqlar, paltar dəyişmə, masaj, yuyunma otaqları və idmançılar və tamaşaçılar üçün ayrılıqda sanitar qovşaqları yerləşir. Zirə idman kompleksinin tikintisinə 2011-ci ilin oktyabr ayında başlanılıb və 2012-ci ilin aprel ayında kompleksin tikintisi tamamlanıb. Kompleks Heydər Əliyev fondunun dəstəyi ilə tikilib. Ümumi ərazisi 2 ha olan kompleksdə xüsusi idman təyinatlı binalar, qurğular, yardımçı tikililər inşa edilib, ətrafı abadlaşdırılıb, yollara asfalt örtüyü çəkilib. Kompleks FİFA-nın beynəlxalq standartlarına uyğun yaradılıb.

Avrokuboklarda redaktə

"Zirə" PFK tarixi ərzində 1 dəfə avrokuboklarda iştirak edib. Komanda 2017/18 mövsümündə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edib. "Qartallar" ilk mərhələdə Luksemburqun "Differdanj" komandasını mübarizədən kənralaşdırsa da, 2-ci mərhələdə Rumıniyanın "Astra" komandasına iki oyunun nəticəsinə görə məğlub olub. "Zirə"nin hücumçusu Riçard Qadze isə komandanın avrokuboklarda ilk qolunun müəllifi kimi tarixə düşüb.

Klub, növbəti dəfə Avrokuboklara 2021/2022-ci il sezonunda vəsiqə qazanmışdır. Həmin mövsümdə komanda, Azərbaycan Premyer Liqasının üçüncü yerinin sahibi kimi buna nail olmuşdur. UEFA Konfrans Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulan Bakının "Zirə FK"-u, bu mərhələdə İsrailin tanınmış klubu olan "Makkabi Təl-Əviv" kollektivi ilə üz-üzə gəldi. Bakıda keçirilən ilk oyunda rəqib komanda 0–3 hesabı ilə qələbə qazandı. 1 həftə sonra İsraildə keçirilən oyunda isə qapılara qol vurulmadı 0–0.

UEFA Avropa Liqası
Mərhələ Oyun
2017/18 mövsümü
I təsnifat mərhələsi Zirə PFK 2–0 Differdanj
Differdanj 1–2 Zirə PFK
II təsnifat mərhələsi Astra 3–1 Zirə PFK Zirə PFK 0–0 Astra
UEFA Konfrans Liqası
2021/22 mövsümü
II təsnifat mərhələsi Zirə PFK 0–3 Makkabi Təl — Əviv
Makkabi Təl — Əviv 0–0 Zirə PFK

Liqa və kuboklarda redaktə

  1. Azərbaycan Topaz Premyer Liqası
  2. Azərbaycan Premyer Liqası
  3. Azərbaycan Kuboku
  4. UEFA Avropa Liqası
  5. UEFA Konfrans Liqası

Azərbaycan Premyer Liqasın   Gümüş medal (1)2015/2016   Bürünc medal (1)2021/2022

Azərbaycan Kuboku   Gümüş medal (1)2021/2022

Heyəti

10 sentyabr 2021 ci il tarixində yenilənib

İstisnad:Zirə FK haqqında

Nömrə Ölkə Mövqeyi Futbolçu
22 Azərbaycan  GK Nail Alışov
1 Azərbaycan  GK Mehdi Cənnətov
41 Azərbaycan  GK Anar Nəzirov
5 Azərbaycan  DF Moyze Adileu
98 Nigeriya  DF Abbas İbrahim
44 Yunanıstan  Dmitrios Çantakias
14 Fransa  DF Hamidu Keyta
17 Qvineya-Bisau  DF Toni Qomes Korreya
15 Azərbaycan  DF Ruslan Abışov
2 Azərbaycan  DF Sərtan Taşkın
9 Belçika  MF Loris Broqno
47 Niderland  MF Hamdaui Mohamed
26 Serbiya  MF Andriya Lukoviç
11 Azərbaycan  MF Rüstəm Əhmədzadə
Nömrə Ölkə Mövqeyi Futbolçu
6 Ukrayna  MF Eldar Quliyev
21 Azərbaycan  MF Hacıağa Hacılı
19 Ukrayna  MF Vladislav Kulaç
32 Azərbaycan  MF Qismət Alıyev
91 Azərbaycan  MF Coşqun Diniyev
70 Niger  MF İssa Cibrilla
7 Braziliya  FW Paxtman Filipe
10 Azərbaycan  FW Rəhim Sadıxov
18 Azərbaycan  FW Slavik Alxasov
96 Haiti  Donald Gerye
77 Azərbaycan  FW Mirsayib Abbasov

Baş məşqçi: Rəşad Sadıqov

Statistik məlumatlar redaktə

Ən çox oyun keçirən futbolçular
Futoblçu Keçirdiyi oyun
1 Adil Nağıyev 103
2 İlkin Muradov 96
3 Vüqar Mustafayev 89
4 Viktor İqbekoyi 88
5 Anar Nəzirov 86
6 Yovan Krneta 83
7 Təmkin Xəlilzadə 78
8 Tellur Mütəllimov 71
9 Vüsal İsgəndərli 68
10 Sadiq Quliyev 67
Ən çox qol vuran futbolçular
Futbolçu
1 Nelson Bonilla 17
2 Riçard Qadze 15
3 Xulio Sezar Rodriges 15
4 Davit Valkov 11
5 Aslan Hüseynov 10
6 Milan Duriç 9
Məşqçilər cəmi
Məşqçi Çalışdığı müddət aralığı
I divizion
Bəhram Şahquliyev 22 13 5 4 36 - 12 44 28.07.2014–05.04.2015
Premyer Liqa
Adil Şükürov 65 30 15 20 79 - 66 105 07.04.2015–27.12.2016
Ayxan Abbasov 51 22 16 13 62 - 51 82 27.12.2016–29.08.2018
Samir Abasov 37 12 10 15 41 - 47 46 29.08.2018–08.10.2019
Zaur Həşimov 16 6 4 6 24 - 28 22 09.10.2019–30.06.2020
Rəşad Sadıqov 33 11 15 7 37 - 32 48 17.07.2020 —

İstinadlar redaktə

  1. 1,0 1,1 Elgiz, Abbasov. "Böyük futbol Zirədə: "Məqsəd - peşəkar komanda formalaşdırmaqdır"". pfl.az. 2014-09-08. 2014-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-30.

Xarici keçidlər redaktə


Saytda 73 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023