Zivər Məmmədova Haqqinda Melumat - Vikipedia

Zivər Məmmədova Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Zivər Məmmədova

Zivər Nəcəfqulu qızı Məmmədova (14 iyun 1902, Bakı22 aprel 1980, Bakı) — ilk azərbaycanlı heykəltaraş qadın.

Zivər Məmmədova
Zivər Nəcəfqulu qızı Məmmədova
Doğum tarixi
Doğum yeri Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Həyat yoldaşı Həbib Məmmədov
Uşağı Tokay Məmmədov
Milliyyəti azərbaycanlı
Fəaliyyəti heykəltaraş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycanın xalq rəssamı, əməkdar incəsənət xadimi, heykəltaraş Tokay Məmmədovun anasıdır.

Həyatı və təhsili redaktə

Zivər Məmmədova 1902-ci il iyunun 14-də Bakı şəhərində Nəcəfqulu Tağıyevin ailəsində anadan olub[1]. 1909-cu ildə təhsil almaq üçün “Müqəddəs Nina” qızlar gimnaziyasına daxil olub. Məktəbi bitirdikdən sonra rəssamlıq kursuna daxil olur. Kursu bitirdikdən sonra eyni vaxtda iki ali məktəbə - Azərbaycan Ali Rəssamlıq Məktəbinə və Dövlət Türk Musiqi Məktəbinə daxil olub. 1924-cü ildə Ali Rəssamlıq Məktəbini bitirib[2].

Fəaliyyəti redaktə

 

Ali təhsil aldıqdan sonra Stepan ErzyaPinxos Sabsayın emalatxanasında fəaliyyət göstərib[3]. O, həm də portret ustası kimi tanınıb və zəngin qalereya yaradıb. 1930-1940-cı illər arasında Əzim Əzimzadə, Hüseynqulu Sarabski, Məşədi Əzizbəyov, İdris Süleymanov, Hüseynbala Əliyev, Bəsti Bağırova və digərlərinin portret büstlərini hazırlayıb[4]. Bundan başqa Əzim Əzimzadənin Fəxri Xiyabanda yerləşən qəbirüstü abidəsini də o hazırlayıb[5].

Zivər Məmmədova həm də peşəkar skripkaçı kimi də tanınıb. Üzeyir Hacıbəylinin yaratdığı Dövlət Simfonik Orkestrində skripkaçı kimi fəaliyyət göstərib[6]. 1923-cü ildə “Arşin mal alan” operettasının ilk tamaşasında da ifaçılar arasında olub. Bir müddət Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi işləyib[6].

1950-ci ildə bəstəkar Üzeyir Hacıbəylinin gipsdən heykəlini hazırlayıb. Bu abidə həm də Üzeyir Hacıbəylinin naturadan çəkilmiş yeganə portreti kimi də tarixə düşüb. Zivər xanımın həmçinin “Kolxozçu qadın” (gips, 1940), “Qız gəlincik ilə” (dekorativ fiquru, çini, şirəüstü naxış, 1950), “Rəqqasə” (dekorativ fiqur, çini, şirəüstü naxış, qızılla zərləmə, 1954) və digər əsərləri xüsusi fərqlənib[6].

Vəfatı redaktə

Zivər Məmmədova 22 aprel 1980-ci ildə Bakıda vəfat edib[6].

Ailəsi redaktə

Zivər Məmmədova 1924-cü ildə Həbib Məmmədovla ailə həyatı qurub[6]. Bu evlilikdən Gülbəniz və Tokay adlı övladları dünyaya gəlib. Həyat yoldaşı Həbib Məmmədov 1928-1930-cu illərdə Moskvada Bauman adına texniki peşə məktəbində təhsil aldığı üçün bu müddət ərzində Moskvada yaşayıb. Burada xalq komissarları sovetində korrektor-tərcüməçi vəzifəsində çalışıb[6].

Oğlu Tokay Məmmədov heykəltaraş və rəssamdır[7]. O, 1962-ci ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi, 1973-cü ildə Azərbaycan SSR xalq rəssamı, 1975-ci ildə SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, 1978-ci ildə isə SSRİ dövlət mükafatı laureatı adlarına layiq görülüb[8].

İstinadlar redaktə

  1. Əsmər Abdullayeva. Zivər Həyat Elmira. Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 104. ISBN 9789952404272.
  2. Художественно-педагогическая деятельность Степана Эрьзи. Saransk: Издательство Мордовского университета. 2007. səh. 123.
  3. "Zərif əllərin yonduğu daş heykəllər - Zivər Məmmədova" (az.). baku-art.com. 2022-06-14. 2023-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-09.
  4. "Zivər Məmmədova - Şərqin ilk heykəltaraş qadını" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2022-06-14. 2023-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-09.
  5. Под ред. Дж. Кулиева. Məmmədova Zivər // [[Azərbaycan Sovet Ensiklopediyası]]. VI. Bakı: Главная редакция Азербайджанской советской энциклопедии. 1982. səh. 506.
  6. 6,0 6,1 6,2 6,3 6,4 6,5 Zöhrə Fərəcova. "Şərqin ilk heykəltaraş qadını" (az.). Azərbaycan qəzeti. 2022-07-03. 2022-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-09.
  7. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi. Görkəmli azərbaycanlılar (PDF). Bakı: Prezident kitabxanası. səh. 215. 2021-02-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-06-09.
  8. "Tokay Məmmədov" (az.). azerbaijans.com. 2023-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-09.

Xarici keçidlər redaktə


Saytda 58 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023