Ziyəddin Əliyev Haqqinda Melumat - Vikipedia

Ziyəddin Əliyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ziyəddin Əliyev

Ziyəddin İsmayıl oğlu Əliyev (27 iyun 1963) — 2017–2023-cü illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.[1][2] Əməkdar mühəndis (2017).[3]

Ziyəddin Əliyev
bayraq
Quba Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
2 dekabr 2017 – 14 iyun 2023
ƏvvəlkiYaşar Məmmədov
Sonrakıİlqar Mahmudov
Şəxsi məlumatlar
Doğum tarixi 27 iyun 1963(1963-06-27) (60 yaş)
Partiya Yeni Azərbaycan Partiyası

Təltifləri "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı — 2017

Əliyev Ziyəddin İsmayıl oğlu 27 iyun 1963-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanış kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir.

Karyerası redaktə

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin işçisi olmuşdur.[3]

Əmək fəaliyyətinə 1980-ci ildə "Azərbaycan Kənd Təsərrüfatı Texnikası" Layihə Kontorunda başlamışdır.

1981–1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1984–1993-cü illərdə "Bakı Mühəndis Tikinti" Trestində mühəndis, böyük mühəndis, müdir, 1993–1998-ci illərdə "İnşa" Elm-İstehsalat Mərkəzinin direktoru, 1999–2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin "Yoltəmirtikinti" Birliyində idarə rəisi, 2001–2002-ci illərdə "Bakı Yoltikintiservis" ATSC-nin Material təchizatı sahəsinin rəisi, 2002–2008-ci illərdə "Bakı Yol Tikinti-1" ATSC-nin direktoru, 2009–2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin "77 saylı Yol İstismarı" MMC-də baş mühəndis, 2010–2013-cü illərdə "Mühəndis Yol Təmir-Tikinti" MMC-də baş mühəndis, 2013–2015-ci illərdə "Azəryolservis" ASC-nin "81 saylı Yol İstismarı" MMC-nin rəisi, 2015–2017-ci illərdə "Azəravtoyol" ASC-nin "Bakı 2 №-li Yol İstismarı" MMC-nin direktoru vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə "Əməkdar mühəndis" fəxri adı verilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.[2]

Mükafatları redaktə

Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona 20 fevral 2017-ci ildə "Əməkdar mühəndis" fəxri adı verilmişdir.[3]

İstinadlar redaktə

  1. Z. İ. Əliyevin Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Arxivləşdirilib 2018-04-10 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. president.az, 02.12.2017  (az.)
  2. 2,0 2,1 "Z.İ.Əliyevin Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı.
  3. 3,0 3,1 3,2 "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin işçilərinə "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında[ölü keçid] Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2017-ci il tarixli, 2681 nömrəli Sərəncamı. e-qanun.az  (az.)

Həmçinin bax redaktə


Saytda 38 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024