Ziyai Ərdəbili Haqqinda Melumat - Vikipedia

Ziyai Ərdəbili Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ziyai Ərdəbili

şair

Ziyai Ərdəbili (1850-?) — şair

Ziyai Ərdəbili
Doğum tarixi
Doğum yeri Ərdəbil
Fəaliyyəti şair
Vikimənbənin loqosu Ziyai Ərdəbili Vikimənbədə

Həyatı redaktə

İsa Hacı Məhəmmədrəhim oğlu 1850-ci ildə Ərdəbil şəhərində anadan olmuşdu. Atası vəfat etdikdən sonra Lənkəran şəhərinə gəlmiş burda günəmuzd işlərlə məşğul olmuşdu.

Yaradıcılığı redaktə

İsa Azərbaycan və fars dillərində şeir yazırdı. Ziyai təxəllüsünü qəbul etmişdi. "Təzkireyi-Ziyai" adlı əsər yazmışdı. Onun qəzəlləri xalq arasında məşhur idi.

Qoyubdu başə o sərvi-səhi gülah əyri,
Qaş əyri, zülfi-siyah əyriyü nikah əyri.
Mən eylədim qaşa aşiqlər içrə səcdı, vəli,
Gürülməmişdi cahan içrə qibləgah əyri.
Şigənci-səy ilə olmadı bəxt, tale-rast,
Çıxıbdı çünku bi xilqətdən ol giyah əyri,
Dadızdırır mənə zəhri-əcəl gərahətsiz,
Gələndə qəmzən oxu xah rast, xah əyri.
Günüm qaradırü gönlüm şikəstə, qəddim-xəm,
Nə qədr vardır ol türeyyi-siyah əyri.
O sərv qamətə yox, heyf, istiqaməti-xub,
Ki vardır aşiqilən gah rast, gah əyri.
Qərəz, Ziyan tək axırda görmədi mənzil,
Fəzayi-eşqdə hər kəs ki, getdi gah əyri.

Həmçinin bax redaktə


Saytda 149 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024