İlqar Abbasov (general-mayor) Haqqinda Melumat - Vikipedia

İlqar Abbasov (general-mayor) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İlqar Abbasov (general-mayor)

general-mayor

İlqar Rza oğlu Abbasov (11 aprel 1975, Naxçıvan) — Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi (2022-ci ildən), general-mayor (2022).

İlqar Abbasov
Vəzifədədir
15 iyul 2022-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 11 aprel 1975(1975-04-11) (49 yaş)
Doğum yeri
Təhsili
Rütbəsi
General-mayor

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2018 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024 "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" yubiley medalı "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)" yubiley medalı "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880–2020)" yubiley medalı

Həyatı redaktə

İlqar Rza oğlu Abbasov 11 aprel 1975-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.[1]

İlqar Abbasov 1996-cı ildə Azərbaycan Respublikası Prokurorluğu orqanlarında daimi qulluğa qəbul olunmuş, Naxçıvan Muxtar Respublikası Prokurorluğunda, LənkəranSəbail rayon prokurorluqlarında, Baş Prokurorluq və Bakı Şəhər Prokurorluğunda prokuror köməkçisi və idarə prokuroru, eləcə də Azərbaycan Respublikası Baş prokurorunun köməkçisi, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini, Bakı şəhər prokuroru vəzifələrində çalışmışdır.[1]

Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə İlqar Abbasova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir.[2] 15 iyul 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsinə təyin olunmuş[3] və ona general-mayor ali hərbi rütbəsi verilmişdir.[4]

İlqar Abbasov çalışdığı dövr ərzində dəfələrlə mükafatlandırılmış, 28 sentyabr 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.[5]

İstinadlar redaktə

  1. 1 2 "Rəhbərlik | General-mayor İlqar Rza oğlu Abbasov". somda.gov.az. İstifadə tarixi: 2024-03-20.
  2. "Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 2014-08-05. 2024-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-20.
  3. "İ. R. Abbasovun Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 2022-07-15. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-20.
  4. "İ. R. Abbasova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 2022-07-15. İstifadə tarixi: 2024-03-20.
  5. "Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 2018-09-28. 2024-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-20.

Saytda 127 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024