İlyas Həsənov (geoloq) Haqqinda Melumat - Vikipedia

İlyas Həsənov (geoloq) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İlyas Həsənov (geoloq)

İlyas Saleh oğlu Həsənov(1927, Goranboy, Xan­qərvənd kəndi - 2002, Bakı) ― geologiya-minerologiya elmləri doktoru (1990), Əməkdar geoloq (1991), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001), Ekoenergetika Akademiyasının həqiqi üzvü (1997).[1]

İlyas Həsənov
İlyas Saleh oğlu Həsənov
Doğum tarixi
Doğum yeri Goranboy rayonu, Xan­qərvənd kəndi
Vəfat tarixi
Vəfat yeri Bakı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Saleh Həsənov
Elmi dərəcəsi geologiya-minerologiya elmləri doktoru (1990)
Təhsili Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Üzvlüyü
Mükafatları Əməkdar geoloq (1991)

Haqqında redaktə

İlyas Həsənov 1927-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub. O, 1952-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsini Mühəndis-geoloq ixtisası üzrə bitirib.[1]

Əmək fəaliyyəti redaktə

İlyas Həsənov əmək fəaliyyətinə Kompleks Elmi Tədqiqat Dəniz Geofi­ziki Eks­pe­di­siyasında geoloq olaraq başlayıb. Daha sonra neftçıxarma üzrə Azərbay­can Elmi Tədqiqat İnstitutunda geofiziki dəstə rəisi, şöbə müdirinin müavini olub. 1965-ci ildən Ümumittifaq Elmi Tədqiqat Geofizika İnstitutunun Azər­baycan fili­alında baş geoloq, laboratoriya müdiri vəzifələrini icra edib. 1988-ci ildən Azər­bay­can Elmi Tədqiqat Geofizika İnstitutunda Kompleks geofiziki-geoloji tədqiqat­lar laboratoriyasının müdiri olub.[1]

Elmi fəaliyyəti redaktə

İlyas Həsənov 1966-cı ildə fəlsəfə doktoru, 1990-cı ildə geologiya-minerologiya üzrə elmlər doktoru elmi dərəcələrini alıb. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Pedaqoji fəaliyyətlə məşğul olan İlyas Həsənov Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Fiziki coğrafiya kafedrasında geofizika fənni üzrə 6 ildən artıq mühazirələr oxuyub.[1]

İlyas Həsənov 200-dən artıq elmi əsərin, habelə 6 monoqrafiya, 6 bro­şür, 4 xəritə və 1 kəşfin müəllifidir. Alim "Azərbaycanın neftli-qazlı və pers­pektivli struk­turlarının atlası", "Xəzər dənizinin neftli-qazlı və perspektivli strukturlarının atlası", "Cənubi Xəzər neft-qazlı höv­zəsinin və perspektivli strukturlarının atla­sı"­nın müəllifi və həmmüəllifi olub. Azərbaycan Milli Elmlər Akademiya­sının Rəyasət Heyəti, Ali Attestasiya Komissiyası yanında geoloji məzmunda xəritəatlaslar üzrə Ekspert qrupunun üzvü olub.[1]

İlyas Həsənov geoloji-geofiziki ümumiləşdirmə və tektonika sahəsində Azərbay­canda aparıcı alimlərdən biri olub. Onun iştirakı və rəhbərliyi ilə Orta və Cənub Xəzər çökəkliklərinin çöküntü komplekslərinin geoloji və dərinlik geoloji qu­ru­luşu, dərinlik yarılmaları, geoloji inkişaf tarixi, tektonik rayonlaşdır­ma və ərazinin neftlilik-qazlılıq perspektivlərinə dair bir sıra əsərlər çap olunub. Onun rəhbərliyi və iştirakı ilə Azərbaycanın Xəzər dənizi­nin, Cənub Xəzər neft-qaz hövzəsinin, yeni məlumatlar əsasında bir daha Azər­baycanın neftli-qazlı pers­pek­tiv strukturları, AvropaAsiyanın mezo-kaynozoy şelflərinin paleocoğrafi xəritələri və atlaslarının bütöv bir seriyası hazırlanıb.[1]

Vəfatı redaktə

İlyas Həsənov 2002-ci ildə Bakıda vəfat edib.

Mükafatları redaktə

İlyas Həsənov 1967-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, 1970-ci ildə "Azərbaycanın milyardıncı ton nefti", 1977 və 1987-ci illərdə isə SSRİ Geologiya Nazirliyinin "Yer təki kəşfiyyatının əlaçısı" nişanları ilə təltif edilib. Alim 1991-ci ildə Azərbaycan Respub­likasının "Əməkdar geo­loqu" fəxri adına layiq görülüb. 1994-cü ildə SSRİ Elm­lər Akademiyasının insti­tutları ilə birlikdə "Me­zo­zoy və kaynozoyda Avrasiya şelfinin paleocoğrafi xəritələr atlası"nın tərtib edil­məsində iştira­kına görə H.Z.Tağıyev adına Milli Mükafata layiq görülüb.[1]

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 7 21.09.2021. "Həsənov İlyas Saleh oğlu" (Azərbaycan). science.gov.az. 2024-05-07 tarixində arxivləşdirilib.

Saytda 68 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024