İstifadəçi:Dəyanət Ağayev Haqqinda Melumat - Vikipedia

İstifadəçi:Dəyanət Ağayev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bioqrafiya redaktə

Ağayev Dəyanət Sabir oğlu 1989-cu il mayın 20-də Kəlbəcər rayonu Başlıbel kəndində ziyalı ailəsində anadan olmuşdur. 1993-cü il martın sonlarında ermənilərin törətdikləri məlum hadisələrlə əlaqədar olaraq valideynləri, 2 qardaşı və 1 bacısı ilə birlikdə doğma yurdu tərk etməyə məcbur olmuşlar. Əvvəlcə Bərdə rayonunda, sonra 1993-1998-ci illərdə Salyan rayonu Böyük Noxudlu (hazırki Aşağı Noxudlu) kəndində məskunlaşan ailə yenidən Bərdə rayonuna qayıtmış və hal-hazırda da bu rayonda məskunlaşmışdır. 1995-ci ildə Salyan rayonu Böyük (Aşağı) Noxudluda Ataxan Sadıqov adına orta məktəbin 1-ci sinfinə daxil olmuş, 4-cü və 8-ci sinifləri Bərdə rayonunda yerləşən Kəlbəcər rayon 106 saylı orta məktəbində oxumuş, qalan sinifləri və buraxılış ilini isə Bərdə rayonu Şəhid Alı Mustafayev adına 5 saylı orta məktəbdə oxumuşdur. 2006-cı ildə bu məktəbi bitirərək 552 balla Azərbaycan Dillər Universitetinin (ADU) tərcümə (ingilis) fakültəsinə ödənişli əsaslarla daxil olmuş, 2010-cu illərdə bakalavr dərəcəsi alaraq universiteti bitirmişdir. 2011-ci ildə 106 balla ADU-nun tərcümə (ingilis) fakültəsinə magistr pilləsi üzrə dövlət sifarişi ilə daxil olmuşdur. 2013-cü ildə magistr pilləsi üzrə son kursu fərqlənmə diplomu ilə bitirmişdir. 2014-cü ildə ADU-nun German dilləri 5708.01 ixtisası üzrə filologiya üzrə fəlsəfə doktorluğunun əyani doktoranturasına qəbul olunmuşdur.


Saytda 58 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024