İstifadəçi:Elcin yug Haqqinda Melumat - Vikipedia

İstifadəçi:Elcin yug Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nazim Zakir oğlu Zeynalov 9 aprel 1973-cü ildə görkəmli dövlət xadimi, Baş Prokurorun keçmiş birinci müavini, müstəqil Azəbaycanın Konstitusiyasının müəlliflərindən olmuş, Milli Məclisin keçmiş sədr müavini Zakir Zeynalovun ailəsində, Zaqatala şəhərində anadan olub. 1989-cu ildə Nəsimi rayonu 14 saylı orta məktəbi, 1994-cü ildə Ç.İldırım adına Politexnik İnstitutunun Avtonəqliyyat fakültəsini bitirib. Eyni zamanda 1991-ci ildə daxil olduğu Krasnoyarsk Dövlət Universitetinin Hüquq fakültəsindan 1995-ci ildə M. Rəsulzadə adına Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə yerdəyişmə edib və 1996-ci ildə oranı bitirib.

Nazim Zeynalov 1997-1998-ci illərdə Bakı şəhər Hərbi Prokurorluğunda, HDQ- Harbi Daniz Qüvvələri Prokurorluğunda müstəntiq, 1998-ci ildan 2003-cu ilə kimi Səbayıl rayon Prokurorluğunda müstəntiq və prokuror köməkçisi, 2003-2013 illərdə Bakı şəhər Prokurorluğunda şöbə prokuroru, 2013-cü ildan isə Zəngilan rayon prokurorunun köməkçisi vəzifəsində çalışır.

Nazim Zeynalov atası Zakir Zeynalov kimi şeirlər yazır. Onun yazdığı "Odlar Yurdum Azərbaycan" və "Hardasan" şeirlərinə mahnılar bəstələnib ki, bu mahnılar da Azərbaycanın Əməkdar Artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları tərəfindan ifa olunub. Bundan əlavə Nazim Zeynalov Azərbaycan Respublikası Prezidentindən bəhs edan "Xalqın inam va etimad ünvanı" kitabının da müəlifidir.


Saytda 150 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024