İzoxinolin alkaloidləri Haqqinda Melumat - Vikipedia

İzoxinolin alkaloidləri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İzoxinolin alkaloidləri

Salsolin C11H15O2N, 1933-cu ildə A.P.Orexovİ.F.Proskurin tərəfindən Salsola Richteri bitkisindən alınmışdı. 1934-cü ildə isə Orexov və Şpet onu sintetik üsullarla almağa müvəffəq olmuşlar.

Rasemik salsolin 218-221o-də əriyən bərk maddədir, periferik qan damarlarını genişləndirir və qan təzyiqini aşağı salır. Təbabətdə hipertoniya xəstəliyinə qarşı işlədilir.

Papaverin C20H21O4N, tiryəkdə 1%-ə qədər olur; 147o-də əriyən, suda çox pis həll olan kristal maddədir. Papaverin təbabətdə HCl duzu şəklində antispazmatik maddə kimi işlədilir.

Narkotin C22H23O7N, tiryəkdə 5%-ə qədər olur, 176o-də əriyir, suda həll olmur, zəif zəhərdir, təbabətdə işlədilmir. Narkotini nitrat turşusu ilə oksidləşdirib, HCl ilə emal etməklə ondan kotarnin-xlorid alırlar. Kotarnini təbabətdə qanaxmanın qarşısını almaq üçün işlədirlər.

Mənbə redaktə

  • M.Mövsümzadə "Üzvi kimya", 1966.

Saytda 68 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023