Ştrbske-Pleso Haqqinda Melumat - Vikipedia

Ştrbske-Pleso Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ştrbske-Pleso (slovak. Štrbské pleso) — Slovakiyada moren mənşəli göl. Göl Slovakiyanın Yüksək Tatra dağlarında yerləşir. Gölün uzunluğu 640 metr, eni isə 600 metrdir. Göl sahilinin uzunluğu 2,245 km-dir. Ümumi sahəsi — 19,67 hektardır. Ştrbske-Pleso gölünün orta dərinliyi 6,61 metr, ən dərin yeri isə 20,3 metrdir. Göl suyunun həcmi — təxminən1,3 milyon m³-dir. Ştrbske-Pleso gölü böyüklüyünə görə ölkənin ikinci gölüdür[1].

Ştrebske-Pleso
slovak. Štrbské pleso
Ştrebske-Pleso payızda.2005
Ştrebske-Pleso payızda.2005
Ümumi məlumatlar
Tipi Moren
Mütləq hündürlüyü 1346,6 m
Eni 0,6 km
Uzunluğu 0,64 km
Sahil uzunluğu 2,245 km
Sahəsi
  • 0,1976 km²
Həcmi 0,0013 km³
Dərin yeri 20,3 m
Orta dərinliyi 6,61 m
Yerləşməsi
49°07′21″ şm. e. 20°03′30″ ş. u.
Ölkə  Slovakiya
Ştrebske-Pleso xəritədə
Ştrebske-Pleso
Ştrebske-Pleso
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası redaktə

Göl dəniz səviyyəsində 1345 metr yüksəklikdə yerləşib. Gölün olduğu bölgədə 100-dən çox göl və bir neçə şəlalə mövcuddur. Gölün cənubunda, Ağ Vaq və Popradom çayları arasında yerləşən aşırım var. Ştrebske-Pleso gölü qarışıq meşələrlə əhatə olunub. Meşələrdə əsasən fıstıq ağacları üstünlük təşkil edir. Göl şimal və qərbdən Solisko dağları ilə, cənub və şərqdən isə moren tirələri ilə əhatə olunub. Ştrebske-Pleso gölü Avropanın əsas suayrıcı xəttində yerləşir. Göl suyu həm Baltik, həm də Qara dəniz hövzəsinə aiddir.

Ştrbske-Pleso gölü buzlağın əriyərək geri çəkilməsi zamanı, moren çöküntülərinin hesabına yaranmışdır.

Göl ərazisində havanın orta temperaturu qışda −1,4 °C, yayda isə 9,3 °C olur. Orta illik yağıntı — 373-560 mm arasında dəyişir. Qışda gölün suyu donur. Göl suyunun səviyyəsi ən az dekabr-fevral ayları arasında, ən yüksək səviyyə isə iyulda olur. Səviyyələr arasında fərq maksimum 1 metr olur.[2]

Göldə əsasən kumja, durna balıqları üstünlük təşkil edir. Ərazidə adi tışbağaya, qurbağaya rast gəlinir.[3]

Göl kənarında Ştrbske qəsəbəsi yerləşir.

İstinadlar redaktə

  1. Ema Mišúnová, Zdenko Mocko, Viera Vlčková. Ekonomická regionálna geografia SR. Vysokoškolské skriptá. Ekonomická univerzita. 1994. 113. ISBN 9788022505796.
  2. Gregor V., Pacl J. Hydrológia tatranských jazier (PDF) (slovak). 2005. ISSN 2644-4690. 2022-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-03.
  3. "Arxivlənmiş surət" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-03.

Saytda 90 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024