Hazırda Azərbaycan dilində 177.459 məqalə mövcuddur.
Reynhard Heydrix — Nasist Almaniyasının siyasətçisi və dövlət xadimi, Reyx Təhlükəsizliyinin Baş İdarəsi rəisi (1939-1942), Bohemiya və Moraviyanın imperiya protektorunun müavini (vəzifəsini icra edən; 1941-1942). SS Oberqruppenfüreri və Polis generalı (1941-ci ildən).
Heydrix Böyük Britaniya xüsusi xidmət orqanı "Xüsusi Əməliyyatlar İdarəsi" və Çexoslovakiyanın Qurtuluş Milli Komitəsi (Mühacir Çexoslovakiya hökuməti) tərəfindən hazırlanan və həyata keçirilən "Antropoid" diversiya əməliyyatı nəticəsində sui-qəsd cəhdindən sonra ölmüşdür. Sui-qəsdin birbaşa icraçıları agentlər Yozef Qabşik və Yan Kubiş idilər. Heydrixin ölümü günü nasistlər çex əhalisinə qarşı kütləvi terror kampaniyasına başladılar. Praqada kütləvi axtarışlara başlanıldı və 201 qadın da daxil olmaqla 1331 çex öldürüldü. 1942-ci il iyunun 9-da Heydrixin dəfni günü qisas olaraq Lidice və Lezaki kəndləri təmamilə məhv edildi. Əhalisi güllələndi və konsentrasiya düşərgələrinə göndərildi. Sui-qəsdçiləri gizlətdiyi üçün Çex Pravoslav Kilsəsinin yepiskopu və bir çox ruhaniləri güllələndi. Çex Pravoslav Kilsəsinin özü isə qadağan edildi. |
Avstriya-Macarıstan kronu — 1892—1918-ci illər arasında Avstriya-Macarıstan və həmçinin bu imperiyanın dağılması nəticəsində yaranan ölkələrin pul vahidi. 1⁄100 krona bərabər xırda pul valyutası ölkənin Avstriya hissəsində "heller" (alm. heller), Macarıstan hissəsində "filler" (mac. filler) adlanırdı. |
Britaniya monarxlarının siyahısı — burada İngiltərə, Şotlandiya, İrlandiya, Böyük Britaniya və Birləşmiş Krallığın və həmçinin Britaniya adalarında mövcud olan dövlətlərin monarxlarının siyahısı verilmişdir:
|

- Avropa İnsan Haqları Məhkəməsi 2008-ci il 12 avqustdan sonra münaqişə zonasında Gürcüstan vətəndaşlarının hüquqlarının pozulmasına dair bütün faktlarla bağlı Rusiyanın məsuliyyətini təsbit edib.
- SpaceX kompaniyası bazar günü Falcon-9 raket daşıyıcısının 143 raketlə buraxılışını həyata keçirib.
- Türkiyənin "Fənərbaxça" futbol klubu Məsud Özil ilə bağlı "Arsenal"la anlaşmanın əldə olunduğunu, futbolçu ilə 3.5 illik müqavilənin imzalandığını bəyan edib.
- Çilidəki zəlzələdən sonra Antarktikadan 160-dan çox insan təxliyə edilib
- İsrailin missiya rəhbəri Eytan Naenin səfər etdiyi Əbu-Dabidə (şəkildə) yəhudi dövlətinin səfirliyi açılıb.

- Çin Taybeyi — Çin Xalq Respublikasında müstəmləkə dövlət olan Tayvanın idman yarışlarında istifadə etdiyi addır
- Nadir şah Əfşarın ölümündən sonra, Gəncə xanlığı, İrəvan xanlığı və Naxçıvan xanlığı ilə ittifaq quran Kaxetiya çarı II Teymuraz İran ordusunu Qafqazdan qovmağa nail olub.
- Zviad Qamsaxurdiya Gürcüstan yazıçısı Konstantin Qamsaxurdiya ailəsində dünyaya göz açmışdır.
- 2015-ci ildə Qambiyanın prezidenti Yəhya Camme Qambiyanı İslam Respublikası elan edib.
- Basketbol (şəkildə) müsabiqələri iki hakim tərəfindən idarə olunur. Qonaq komanda sahəni seçmə haqqına malikdir. Hər təhvil verən sonra sahə dəyişməsi edirlər.
Vikipediya
Tatli.Biz saytında Geniş Vikipediya
Vikipediya, Vikipedi, Wikipedia, Википедия, ensklopediya, melumat birosu, meqaleler, melumatlar, haqqinda