Alek Bolduinin çəkiliş zamanı operatoru güllələməsi ilə bağlı TƏFƏRRÜAT

Azərbaycanda və Dünyada baş verən ən yeni xəbərlərdən bizimlə xəbərdar olun

Alek Bolduinin çəkiliş zamanı operatoru güllələməsi ilə bağlı TƏFƏRRÜAT


Alek Bolduinin çəkildiyi filmin rejissor köməkçisi operatorun öldüyü atışma hadisəsindən bir neçə dəqiqə əvvəl aktyora tapançanın həqiqi güllə ilə dolu olmadığını bildirib.
Filmin rejissor köməkçisi tapançanı Bolduinə ötürərkən silahın boş güllələrlə dolu olduğunu bildirib. Bu barədə məhkəmə sənədlərində deyilir. Beləliklə, müstəntiqlər qeyd edirlər ki, nə rejissor köməkçisi, nə də Bolduinin özü silahda əsl güllənin olduğunu bilməyib.
Eyni zamanda, tapançanın çəkiliş üçün hazırlanmasını silah üzrə mütəxəssis həyata keçirib, onunla əlaqə saxlamaq mümkün olmayıb.
Xatırladaq ki, ABŞ-ın Nyu-Meksiko ştatında "Rust" (Pas) filminin çəkiliş meydançasında Hollivud ulduzu Alek Bolduinin açdığı atəş nəticəsində 42 yaşlı operator Qalina Hatçins və 48 yaşlı rejissor Coel Sousa yaralanıb. Operatorun həyatını xilas etmək mümkün olmayıb. Sousa bir neçə saat sonra xəstəxanadan evə buraxılıb, çəkilişlər isə dayandırılıb.
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 13 | vaxt Tarix: 23.10.2021 15:54

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Yuxu Yozmaları, Burc-il Yoxla, Doġum gununu hesabla, Ideal cekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Youtube Video Yuklə, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Lazımlı Programlar, Silinmiş şəkillərin geri qaytarılması

Saytda 163 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021