Ali Məhkəmə Mətanət İsgəndərlinin nəvələri ilə bağlı qərar verdi | Tatli.Biz
Ali Məhkəmə Mətanət İsgəndərlinin nəvələri ilə bağlı qərar verdi
Azərbaycanda və Dünyada baş verən ən yeni xəbərlərdən bizimlə xəbərdar olun

Ali Məhkəmə Mətanət İsgəndərlinin nəvələri ilə bağlı qərar verdi


Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərimlə keçmiş gəlini Canana arasındakı məhkəmə prosesi başa çatıb.
Tatli.Biz xəbər verir ki, Apellyasiya Məhkəməsindən sonra iş Ali Məhkəməyə yollanıb. Canana isə ötən gün Ali Məhkəmənin qərar verdiyini açıqlayıb.
O bildirib ki, hakim 3 uşağın qəyyumluğunu anaya verib:
"Qalibəm və xoşbəxtəm, bu gün vəkilim 3 övladımı da Ali Məhkəmənin mənə verdiyi xəbərini çatdırdı. Artıq mən də rahat nəfəs ala biləcəm. Mənə bu yolda dəstək olan hər kəsə təşəkkür edirəm. Balalarımın üçü də mənim adımdadır. Çox şükür".
Canana bildirib ki, qarşı tərəfdən tələb etdiyi bütün hər şeydən imtina edib. "Balalarımın yanımda olmasını, ögey anayla yaşamamasını istəyirəm. Övladlarımı öz tərbiyəmlə böyütmək istəyirəm. Onları düz yola aparım" deyə, Canana əlavə edib.
Qeyd edək ki, Kərim və Canana ötən ilin oktyabrında qalmaqallı şəkildə boşanıb. Üç uşağın qəyyumluğu ataya verilib. Canana daha sonra Apellyasiya məhkəməsinə müraciət edərək, uşaqları geri alıb. Bu qərarla razılaşmayan Kərim Ali Məhkəməyə müraciət edib. Kərim ikinci dəfə ailə qurub və yenidən ata olmağa hazırlaşır.
Canana isə M.İsgəndərlinin evinə gedərək onunla barışıb.

Foto
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 16 | vaxt Tarix: 30.06.2022 12:45

Saytda 128 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022