Aparıcı Namidə İsayeva yeni vəzifəyə təyin olundu | Tatli.Biz
Aparıcı Namidə İsayeva yeni vəzifəyə təyin olundu

Aparıcı Namidə İsayeva yeni vəzifəyə təyin olundu


Azərbaycanda və Dünyada baş verən ən yeni xəbərlərdən bizimlə xəbərdar olun

Aparıcı Namidə İsayeva yeni vəzifəyə təyin olundu


Aparıcı Namidə İsayeva Nizami Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr və mətbuat rəhbəri təyin edilib.
Bizim.Media xəbər verir ki, əmək fəaliyyətinə "Azərbaycan dili və ədəbiyyatı" müəllimi kimi başlayan Namidə İsayeva daha sonra sağlamlıq turizmi sahəsində işini davam etdirib.
2019-cu ildən "Lider" TV-də "Həkimim" verilişində, daha sonra "Xəzər" FM-də yayımlanan "Radio doktor" verilişi və hazırda ARB telekanalında yayımlanan "Yeni mən" verilişində layihə rəhbəri və aparıcı olaraq fəaliyyətini davam etdirib.
Məlumat üçün qeyd edək ki, "Nizami Tibb Mərkəzi" publik hüquqi şəxs 2021-ci ildən yaradılıb.
"Azərsutikinti" xəstəxanası, 11 saylı Birləşmiş Şəhər Xəstəxanası, 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası və 7 saylı Doğum Evi Nizami Tibb Mərkəzinin strukturuna daxildir.

Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 10 | vaxt Tarix: 09.12.2022 16:45

Statistika

Cəmi 74595 xəbər var
24 saat ərzində 86 xəbər əlavə edilib
Dostlarınla Paylaş

Saytda 125 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023