Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: Şirniyyatı BUNLARLA əvəz edin

Azərbaycanda və Dünyada baş verən ən yeni xəbərlərdən bizimlə xəbərdar olun

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: Şirniyyatı BUNLARLA əvəz edin


Bir çoxları pəhriz saxlayarkən şirniyyatdan imtina etməkdə çətinlik çəkirlər, lakin konfetləri quru meyvələr, zefir və balla əvəzləmək olar.
Tatli.Biz Tatli.Biz-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin ("Rospotrebnadzor"un) eksperti Kira Qlinka "İzvestiya"ya müsahibəsində danışıb.
Onun sözlərinə görə, bir çox konfetlərdə zərərli aromatizator, qida boyaları, transyağlar və emulqatorlar var. Onları şirin və faydalı qidalarla əvəzləmək mümkündür.
Bu siyahıya xurma, üzüm, qayısı qurusu, gavalı kimi quru meyvələr daxildir.
Konfetə alternativ olaraq, baldan istifadə etmək olar. Bal həm immuniteti gücləndirir, həm mədə-bağırsaq traktının fəaliyyətini normallaşdırır.
Bal və quru meyvələrlə yanaşı, pəhriz zamanı zefir və şüşə konfetlərdən də istifadə etmək olar. Onların kalorisi azdır və tərkibində püre, yumurta ağı, təbii qatılaşdırıcılar olur.
Qlinka, həmçinin, zərərli şirniyyatları acı şokolad, qoz-fındıq, marmelad, mürəbbə və "raw-desert"lərlə əvəzləməyi məsəhət görür.
"Raw-desert"lər tərkibində yumurta, buğda unu, şəkər olmayan və termoemaldan keçməyən şirniyyatlardır.
Qeyd edək ki, daha öncə də hindistanlı diyetoloq arıqlamaq istəyənlərə təbii şəkərəvəzedici olan steviyanı məsləhət görüb. Bitki mənşəli bu şirinləşdiriciyə bəzən şəkərli yarpaq da deyirlər. Həmin bitkiyə Cənubi və Mərkəzi Amerikada rast gəlinir. Steviya şəkərdən 200 dəfə daha şirindir, lakin kalorisi azdır, tərkibində karbohidrat yoxdur və qanda qlükoza miqdarına təsir etmir.
Foto

Foto

Foto

Foto

Foto
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 24 | vaxt Tarix: 25.10.2021 22:54

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

whatsapp plus yukle, vplus plus, kodlasdirma, base64 koslasdir, md5 kodlasmasini ac, ip axtar, suya borcunu oyren, qaza borcunu oyren, isiga borcunu oyren, tapmacalar, letifeler, inshalar, xeberler, nagillar, atalar sozleri, aforizmler, online derslikler, Aze plus, Fm WhatsApp Plus yukle, WhatsApp Plus 2021 yukle, Vhacap plus yukle, Azwap plus, Vacap yükle, aile ve usaq, moda, maraqli melumatlar, saglamliq, taninmislar, derman qiymetleri

Saytda 169 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021