Azərbaycanda aktrisa vəfat etdi - FOTO | Tatli.Biz
Azərbaycanda aktrisa vəfat etdi - FOTO

Azərbaycanda aktrisa vəfat etdi - FOTO


Azərbaycanda və Dünyada baş verən ən yeni xəbərlərdən bizimlə xəbərdar olun

Azərbaycanda aktrisa vəfat etdi - FOTO


Azərbaycanda aktrisa vəfat edib.
Tatli.Biz apa-ya istinadən xəbər verir ki, aktrisa Məqsudə Həsənağa qızı Əliyeva dekabrın 8-də Lənkəranda yaşadığı evdə uzun sürən xərçəng xəstəliyindən 57 yaşında dünyasını dəyişib.
Məqsudə Əliyeva 9 mart 1965-ci ildə Lənkəran şəhərində anadan olub. 1986-cı ildə Bakı Sənaye Pedaqoji Texnikumunu bitirib. N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1981-ci ildən həvəskar aktrisa kimi fəaliyyətə başlayıb.
O, teatrın səhnəsində bir çox tamaşalarda - "Mahmud və Məryəm"də qulluqçu qızı, "Vicdanın hökmü"ndə rus qızı, "Pul dəlisi"ndə solist, "Qaraca qız"da Nərgiz, "Onun iki qabırğası"nda Qumaş kimi obrazlar yaradıb.
Məqsudə Əliyevanın ən yaddaqalan rolu 2016-cı ildə çəkilmiş "Günəşim ol" teleserialındakı Zərnişan obrazı olub.

Foto

Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 11 | vaxt Tarix: 09.12.2022 16:18

Statistika

Cəmi 74596 xəbər var
24 saat ərzində 85 xəbər əlavə edilib
Dostlarınla Paylaş

Saytda 216 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023