Azərbaycanda telefonların IMEI nömrəsinin dəyişdirilməsini qadağan edən layihə I oxunuşdan keçib | Tatli.Biz
Azərbaycanda telefonların IMEI nömrəsinin dəyişdirilməsini qadağan edən layihə I oxunuşdan keçib

Azərbaycanda telefonların IMEI nömrəsinin dəyişdirilməsini qadağan edən layihə I oxunuşdan keçib


Azərbaycanda və Dünyada baş verən ən yeni xəbərlərdən bizimlə xəbərdar olun

Azərbaycanda telefonların IMEI nömrəsinin dəyişdirilməsini qadağan edən layihə I oxunuşdan keçib


Azərbaycanda telefonların IMEI nömrəsinin dəyişdirilməsi və surətinin köçürülməsinin qadağan edilməsinə dair layihə I oxunuşdan keçib.
Tatli.Biz-ın xəbərinə görə, bununla bağlı "Telekommunikasiya haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılraq qəbul edilib.
Dəyişikliyə əsasən sellülar (mobil) xidmətlərdən istifadə ilə əlaqədar, mobil cihazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeydiyyatı aparılmalıdır. Mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın IMEI nömrəsinin (tək və bənzərsiz olaraq yaradılmış beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrə) dəyişdirilməsi və ya surətinin köçürülməsi, habelə mobil operator tərəfindən IMEI nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (IMEI nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsi qadağan edilir.

Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 17 | vaxt Tarix: 09.12.2022 14:54

Statistika

Cəmi 74596 xəbər var
24 saat ərzində 86 xəbər əlavə edilib
Dostlarınla Paylaş

Saytda 199 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023