Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının qorunmasına böyük önəm verilir | Tatli.Biz
Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının qorunmasına böyük önəm verilir

Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının qorunmasına böyük önəm verilir


Azərbaycanda və Dünyada baş verən ən yeni xəbərlərdən bizimlə xəbərdar olun

Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının qorunmasına böyük önəm verilir


Dekabrın 8-də Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin və Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə mərkəzin icraçı direktoru Samir Mahmudov Azərbaycanın müstəqilliyi dövründə ulu öndər Heydər Əliyevin dövlət siyasətində müəyyən etdiyi əsas istiqamətlərdən olan insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilmiş çoxsaylı institusional və qanunvericilik tədbirlərindən, Azərbaycanın bu istiqamətdə keçdiyi mühüm inkişaf yolu barədə danışıb. Qeyd edib ki, ölkə vətəndaşlarının bütün hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunması istiqamətində məqsədyönlü tədbirlərin gerçəkləşdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bildirib ki, ölkə başçısının Fərmanı ilə bu il mərkəzin yaradılması onun hüquqi islahatlara, qanunvericiliyimizin inkişafına, o cümlədən insan hüquqlarının müdafiəsinə diqqətinin bariz nümunəsidir.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Həbib Abdullayev insan hüquqları sahəsində ümummilli lider Heydər Əliyevin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın qanunvericilik və institusional islahatları özündə əks etdirən xüsusi əhəmiyyətə malik sənəd olduğunu bildirib. Bu sənədin ölkəmizdə demokratik institutların formalaşması prosesini sürətləndirdiyini, yeni üçpilləli məhkəmə sisteminin, konstitusiya nəzarətinin, ombudsman kimi yeni təsisatın yaradılaraq insan hüquqları sahəsində irəliyə doğru daha mühüm addımların atıldığını vurğulayıb.
İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxışı zamanı 2022-ci ildə ölkəmizdə insan hüquqları ilə bağlı qəbul edilən əsas qanunvericilik aktları barədə geniş məlumat verib. O, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına böyük önəm verildiyini, Azərbaycanın bu sahə ilə bağlı bütün beynəlxalq sənəd və konvensiyalara, o cümlədən İnsan hüquqları haqqında Ümumi Bəyannaməyə qoşulduğunu və beynəlxalq hüquq normalarının milli qanunvericiliyə implementasiya edildiyini vurğulayıb.
Qeyd edək ki, dekabr ayında Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxs müxtəlif universitetlərin hüquq və jurnalistika ixtisasları üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələri arasında Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş müsabiqə elan edib.
Müraciətlər üzrə müsabiqədə ən yüksək nəticələr göstərən Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin üç tələbəsi hüquq nominasiyası üzrə, həmçinin Jurnalistika fakültəsinin ən yüksək nəticə göstərən dörd tələbəsi jurnalistika nominasiyası üzrə qalib elan edilib. Onlar institut rəhbərliyi tərəfindən sertifikatlar və mükafatlarla təltif ediliblər.
Tədbir müzakirələrlə davam edib.

Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 10 | vaxt Tarix: 09.12.2022 16:09

Statistika

Cəmi 74596 xəbər var
24 saat ərzində 86 xəbər əlavə edilib
Dostlarınla Paylaş

Saytda 176 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023