Azərbaycanlı aparıcıya ikibaşlı balta və poni HƏDİYYƏ EDİLDİ - FOTO/VİDEO

Azərbaycanlı aparıcıya ikibaşlı balta və poni HƏDİYYƏ EDİLDİ - FOTO/VİDEO


Azərbaycanda və Dünyada baş verən ən yeni xəbərlərdən bizimlə xəbərdar olun

Azərbaycanlı aparıcıya ikibaşlı balta və poni HƏDİYYƏ EDİLDİ - FOTO/VİDEO


Aparıcı, xeyriyyəçi və ictimai xadim Hacı Nuran Hüseynovun 46 yaşı tamam olub.
BAKU.WS xəbər verir ki, onu bir çox tanınmış sənət nümayəndələri, o cümlədən aparıcılar yeni yaşı münasibətilə təbrik ediblər.
Onlar Hacı Nurana bahalı hədiyyələr də bağışlayıblar. Onların içində ən diqqət çəkənləri isə ikibaşlı balta ilə poni (kiçik boylu at cinsi) olub.
Aparıcı Aytən Səfərova "Səhər mərkəzi" proqramında həmkarına ikibaşlı balta hədiyyə edib.
Aparıcı Nanə Ağamalıyevanın "Günün sədası" verilişində isə Hacı Nurana poni bağışlanılıb.
Xatırladaq ki, Hacı Nuran Hüseynov yanvarın 31-i 1977-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasının məzunu, magistr, aspirant, elmlər namizədi və dosent adını qazanıb. Daha sonra isə Azərbaycan Tibb Universitetinə daxil olub.
1994-cü ildə "Şərq" informasiya agentliyində müxbir kimi işləməyə başlayıb. "Xeyir Körpüsü", "Vətənimdir Azərbaycan" və "Həyat" (2017) verilişlərinin aparıcısı olub. Hacı Nuran Hüseynov "Həyat Fondu"nun rəhbəridir.



Foto

Foto


Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 32 | vaxt Tarix: 01.02.2023 13:09

Statistika

Cəmi 79515 xəbər var
24 saat ərzində 61 xəbər əlavə edilib
Dostlarınla Paylaş

Saytda 39 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023