Bakıda "Media savadlılığı" konfransı keçirilib | Tatli.Biz
Bakıda "Media savadlılığı" konfransı keçirilib

Bakıda "Media savadlılığı" konfransı keçirilib


Azərbaycanda və Dünyada baş verən ən yeni xəbərlərdən bizimlə xəbərdar olun

Bakıda "Media savadlılığı" konfransı keçirilib


Bakıda Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə media savadlılığı mövzusunda məlumatlılığın artırılması məqsədilə "Media savadlılığı" adlı konfrans keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Bakı şəhəri və regionlarda yaşayan 300 nəfərə yaxın gənc iştirak edib.
Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarından keçirilmiş şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov bildirib ki, hazırda elektron informasiya cəmiyyətinin əhatə dairəsinin sürətlə genişlənməsi, rəqəmsal reallıq şəraitində məlumatlara əlçatanlığın asanlaşması, cəmiyyətin məlumatın obyektiv tərəfini müəyyənləşdirməkdə çətinliklərlə qarşılaşması media savadlı istehlakçıların yetişdirilməsinə zərurət yaratmaqla yanaşı, medianın öz peşəkar funksiyasını effektiv yerinə yetirməsi istiqamətində ardıcıl və təxirəsalınmaz addımların atılmasını tələb edir.
Daha sonra Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun moteratorluğu ilə "Müasir informasiya mühitində media təhsili" mövzusunda panel sessiya keçirilib.
Çıxışlardan sonra "Gənclərin ictimai və sosial inkişafında media savadlılığının əhəmiyyəti" mövzusunda ikinci panel sessiya təşkil edilib. Panel sessiyaya moderatorluq edən "ASAN Radio"nun direktoru Emin Musavi MEDİA ilə birgə həyata keçirilən "Smart media" layihəsinin əhəmiyyətini vurğulayıb.
Konfrans çərçivəsində MEDİA-nın nümayəndəsi Pərvanə İbrahimova və Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərovanın təqdimatında gənclərin iştirakı ilə "Dezinformasiyaya qarşı: Faktların araşdırılması" mövzusunda vörkşop baş tutub.
Daha sonra "TEDx" formatında "#MEDİAtalks" tədbiri keçirilib.
Sonda interaktiv müzakirə sessiyaları olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Foto

Foto

Foto

Foto

Foto

Foto

Foto

Foto

Foto

Foto

Foto

Foto

Foto

Foto

Foto

Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 12 | vaxt Tarix: 09.12.2022 14:54

Statistika

Cəmi 74594 xəbər var
24 saat ərzində 86 xəbər əlavə edilib
Dostlarınla Paylaş

Saytda 206 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023