Tatli.Biz > Boom Overture - Supersonik təyyarələrin qayıdışı - FOTO | Tatli.Biz

Xəbərlər
Azərbaycanda və Dünyada baş verən ən yeni xəbərlərdən bizimlə xəbərdar olun

Boom Overture - Supersonik təyyarələrin qayıdışı - FOTO


Supersonik, yəni səsdən sürətli təyyarələr hər zaman insanların xəyallarında xüsusi yerə sahib olublar. Concorde 70-ci illərdən 2003-cü ilə qədər minlərlə adamın xəyalını reallaşdırıb və onları səsdən 2 dəfə çox sürətlə uçurub. Lakin 17 ildir ki, göyə heç bir supersonik təyyarə qalxmır. Concorde-un uçuşlarına son verilməsinə bir çox səbəb olmuşdu ki, bunların ən əsasları əməliyyat xərclərinin həddən artıq yüksək olması, istehsalı çoxdan dayandığı üçün ehtiyat hissə problemi və 2000-ci ildəki o məşhur qəza idi.
Tatli.Biz autograph.az-a istinadən bildirir ki, bu sektordakı boşluğu görən 2014-cü ildə yaradılmış Boom Technology şirkəti supersonik təyyarələr üzərində çoxdandır işləyir. Şirkətin Boom Overture layihəsi hamı tərəfindən maraqla gözlənilir. Bu yazımızda sizi 2025-2027-ci illərdə uçuşlara başlaması planlaşdırılan təyyarə ilə tanış etmək istəyirik.
Boom Overture 2300 km/saat (2.2 Mach) sürətə, 8300 km mənzilə, 55 sərnişin tutumuna malik olacaqdır. İndidən onun hər gün təxminən 500 istiqamətdə uçacağı proqnozlaşdırılır və 2017-ci ilə qədər 76 sifariş (bu sifarişlərin hamısı rəsmiləşməyib) aldığı bildirilir.
Təyyarə Concorde-un əfsanəvi delta qanad formasına sahib olacaq, lakin ondan fərqli olaraq, tamamilə kompozit materiallardan hazırlanacaq ki, bu da çəkini əhəmiyyətli dərəcədə aşağı salacaqdır. Ölçülərinin isə Concorde-nun 3/4-ü qədər olması planlaşdırılıb.
Təyyarə yüksək sürətinin köməyi ilə Nyu-Yorkdan Londona 3 saat 15 dəqiqəyə uçacaqdır. Maksimal uçuş məsafəsinin 8300 km olması transpasifik uçuşlarda yanacaq bərpası ehtiyacını yaradır. Bununla belə, San-Fransisko ilə Tokio arasındakı məsafəni 5 saat 30 dəqiqəyə, Los-Anceles ilə Sidney arasındakı məsafəni isə 6 saat 45 dəqiqəyə qət edə biləcəkdir.
London - Nyu-York reysi üçün bir biletin qiymətinin təxminən 5000 dollar olacağı gözlənilir ki, bu da Concorde-un o vaxt təyin etdiyi qiymətin indiki dəyərindən 4 dəfə aşağıdır. Standart 55 sərnişin oturacağı olsa da, şirkətlər biznes sinfi də sifariş edə bilərlər. Lakin Overture üçün nəzərdə tutulan standart oturacaqlar da xeyli komfortludur - onlar 190 sm uzunluğunda yatağa çevrilə bilirlər. Xeyli böyük pəncərələr isə sərnişinlərə əvəzsiz uçuş həzzi yaşatmalıdır.
Şirkət Overture-un qiymətini 200 milyon dollar təyin edib. Növbəti 10 ildə bu təyyarədən 1000-2000 arası sifariş qəbulu gözlənildiyindən, şirkət illik 100 təyyarə istehsalını hədəfləyib və bu rəqəmi daha da çoxaltmağı istisna etmir.
Yuxarıda qeyd etdiyimiz 76 sifarişdən 25-i rəsmidir. Belə ki, Virgin Groups-un rəhbəri Riçard Branson 2016-cı ildə 10 təyyarəlik sifariş verdiklərini və proqramın inkişafına dəstək olacaqlarını rəsmən elan edib. Başqa bir adı çəkilməyən Avropa şirkəti isə 15 ədəd Overture sifariş edib. İki müqavilənin ümumi məbləği 5 milyard dollardır. Japan Airlines-ın da Boom-dan Overture istədiyi bildirilir.
Təyyarə əvvəl daha balaca düşünülsə də, sonra 47 metrə qədər uzatmağı qərara alıblar. Lakin bu da son olmayıb və nəhayət, Overture-ın 52 metr uzunluğunda olacağına qərar veriblər. 2017-ci ildə onun təqdimatı 2023-cü ilə təyin olunsa da, bir il sonra 2025-ci ilə təxirə salınıb.
Boom şirkəti Overture proqramının inkişaf etdirilməsində XB-1 prototipindən istifadə edəcək. Bir neçə gün əvvəl prototipin 7 oktyabrda təqdim ediləcəyi açıqlanıb. Prototip eyni dizayna malik olsa da, Overture-dan təxminən 3 dəfə balacadır. Uzunluğu 21 metr, qanadların uc nöqtələri arasındakı məsafə isə cəmi 5.2 metrdir. XB-1 testlərə 2021-ci ilin əvvəllərində başlayacaq.
Boom Overture təqdim edildiyində bütün digər sərnişin təyyarələrindən 2 dəfə sürətli olacaq. Aviasiya həvəskarlarının 2003-cü ildə sönmüş ümidləri bir neçə il sonra reallığa çevriləcək...
Texniki göstəriciləri:
Uzunluğu: 52 m
Qanadların kənar nöqtələri arasındakı məsafə: 18 m
Maksimum qalxış ağırlığı: 77 111 kq
Mühərrik: 3 ədəd medium-baypass sonradanyanma olmayan (Concorde-un əksinə) mühərrik (Hansı firmaya aid olacağı hələ dəqiqləşməyib)
Maksimum sürəti: 2.2 Mach
Maksimum uçuş məsafəsi: 8300 km
Dostlarınla Paylaş
vaxt Baxılıb: 176 | vaxt Tarix: 01.08.2020 19:53

Ən Yeni Xəbərlər


vaxt Tarix: 11 avqust
vaxt Baxış: 18
Bunlar baş verirsə, deməli koronavirusa tutulmusunuz Bunlar baş verirsə, deməli koronavirusa tutulmusunuz
vaxt Tarix: 11 avqust
vaxt Baxış: 7
Metal yeyən bakteriya kəşf edildi Metal yeyən bakteriya kəşf edildi
vaxt Tarix: 10 avqust
vaxt Baxış: 5
Ronaldonun transferi ilə bağlı danışıqlar başladı Ronaldonun transferi ilə bağlı danışıqlar başladı
vaxt Tarix: 10 avqust
vaxt Baxış: 2

vaxt Tarix: 9 avqust
vaxt Baxış: 4
Ronaldu PSJ klubuna keçə bilər Ronaldu PSJ klubuna keçə bilər
vaxt Tarix: 9 avqust
vaxt Baxış: 7
Dərini koronavirus stresindən necə qoruyaq? Dərini koronavirus stresindən necə qoruyaq?
vaxt Tarix: 9 avqust
vaxt Baxış: 7

vaxt Tarix: 9 avqust
vaxt Baxış: 3
Bu gün Belarusda prezident seçkiləridir Bu gün Belarusda prezident seçkiləridir
vaxt Tarix: 9 avqust
vaxt Baxış: 2

vaxt Tarix: 8 avqust
vaxt Baxış: 8

Statistika

Bazada 1186 Xəbər var
24 saat ərzində 0 xəbər əlavə edilib
News Sitemap
Dostlarınla Paylaş

Logo
Boom Overture - Supersonik təyyarələrin qayıdışı - FOTO | Tatli.Biz
Supersonik, yəni səsdən sürətli təyyarələr hər zaman insanların xəyallarında xüsusi yerə sahib olublar. Concorde 70-ci illərdən 2003-c
Boom, Overture, -, Supersonik, təyyarələrin, qayıdışı, -, FOTO, son xeberlər, news, yeni xəbərlər, xəbər axtar
Saytda 73 nəfər

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Məlumat Axtar, Kinolar, Seriallar, Android Dünyası, Hansı gün doğuldun?, Instagram-dan video(şəkil) yüklə, İşığa borcunu öyrən, Qaza borcunu öyrən, Suya borcunu öyrən, Whatsapp Plus 2020, Instagram Plus, Youtube Plus, Online Dərsliklər, Inşalar toplusu, Atalar Sözləri və Məsəllər, Geniş Kitabxana, Qadın Dünyası, Bürclərin Sirri, Islam Aləmi, Aforizmlər - Dahilərin sözləri, Online Xəritə, Koronavirus canlı izlə(COVID-19, II Dərəcə Tənlik Hesabla, Futbol Nəticələri, Idman Xəbərləri, Namaz vaxtları, Valyuta Məzənnəsi, Valyuta Hesabla, Webmoney Hesabla(WMR), Online Tərcümə, Tapmacalar, Bürc-il Yoxla, Doġum gününü hesabla, Ideal çekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Silinmiş şəkillərin geri qaytarılması, Wap+Web Skaner, Domen Yoxla, IP Axtar, Qrab Yarat, Kodlaşdırma, Simvol Kodları, Hərf Kodları, Rəng Kodları, Saytın şəklini çek, Telefon modelini dəyiş, Smayl düzəlt, Icon düzəlt, Button düzəlt, Lətifələr, Qurani Kərim - Səsli(Azərbaycanca), Qurani Kərim - Səsli(Türkcə), Qurani Kərim - Səsli(Rusca), Qurani Kərim - Səsli(Ərəbcə), Nağıllar, Dərman Axtar(Qiyməti), Tanınmış Simalar, Maraqlı Məlumatlar, Moda - Gözəllik, Sağlamlıq, Ailə və Uşaq, Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin, Show Biznes, Qarışıq Xəbərlər, Online Foto, Ən Son Xəbərlər, Koronavirusla Mübarizə Testi
xml | xml2 | html | ror | mp3 | video

©Tatli.Biz 2010-2020