Dövlətlərin buğda qadağası: "Yeni mövsümədək bu risklər kəskin xarakter ala bilər" Dövlətlərin buğda qadağası: "Yeni mövsümədək bu risklər kəskin xarakter ala bilər"
Azərbaycanda və Dünyada baş verən ən yeni xəbərlərdən bizimlə xəbərdar olun
Son XəbərlərAxtar

Dövlətlərin buğda qadağası: "Yeni mövsümədək bu risklər kəskin xarakter ala bilər"


Rusiya-Ukrayna münaqişəsi bütün dünya ölkələri üçün taxıl qıtlığı təminatı problemi yaradıb. Ukrayna qlobal səviyyədə taxıl tələbatının 7 faizi, Rusiya isə 20 faizini ödəyirdi. Dünya Bankının hesabatına görə, iki ölkə birlikdə 27-28 faiz taxıl təhcizatını həyata keçirirdi. Hazırda Ukraynada bütün istehsal prosesi pozulub, Rusiyada istehsalın davamlılığını təmin etmək mümkün olmayacaq. Artıq Hindisdan da buğda ixracına qadağa qoyub. İqtisadçı ekspert Rəşad Həsənov açıqlamasında bildirib ki, belə bir şəraitdə bazarlar sürətlə reaksiya verir, kəskin bahalaşma olur. Yeni mövsümə, yəni iyul-avqust aylarına qədər bu risklər daha kəskin xarakter ala bilər. Ekspertin fikrincə, avqust ayından sonra Rusiyanın müvafiq qadağaları aradan qaldırması ehtimalı da var.
- Azərbaycanın hazırda müəyyən ehtiyatları var. Buğda istehsalı mövsümünün də başlamasına da az vaxt qalıb. Azərbaycan mümkün qədər çalışıb, öz ehtiyatlarını artırmalıdır. Burada əsas problem istehlakçı aspektində yaranacaq, deyən ekspert hesab etmir ki, kəskin qıtlıq olacaq:
"Amma qiymətlərin bahalaşması qaçılmazdır. Bu fonda dövlət sahibkarlara, idxalçılara, istehsalçılara dəstək verməsə, bu, qıtlığa aparıb çıxardacaq. Çünki bazar iştirakçıları mərhələli şəkildə oyundan çəkiləcək. Amma düşünürəm ki, hökümət buna getməyəcək. Mümkün qədər mövcud təchizatçıları dəstəklənməlidir. Hazırda ehtiyatların artırılması ilə bağlı əsas problem sahibkarlıq subyektlərinin vəsaitləri dövriyyədən kənarda saxlaması və belə bir vəsaitin bəzi hallarda olmaması, likvidliyin aşağı olmasıdır".
R.Həsənov bildirib ki, İqtisadiyyat Nazirliyi taxıl təhcizatçılarının likvidliyini dəstəkləməli, ona dövlət hesabına faizsiz vəsaitlər təmin etməlidir. Bunların qarşılığında isə onlardan bir il və ya il yarımlıq ehtiyatların yaradılması tələbi qoyulmalıdır.
İqtisadçı ekspert hesab edir ki, bazarların şaxələndirilməsi də vacibdir:
"Rusiya-Ukrayna münaqişəsi göstərdi ki, Azərbaycanda taxıldan ciddi asılılıq müəyyən problemlərə səbəb ola bilər. Buna görə taxıl idxalı bazarlarının şaxələndirilməsi, yerli istehsalın uzunmüddətli dövrdə dəstəklənməsi, ərzaqlıq buğda istehsalı mühitinin təkmilləşdirilməsi və buna şəraitin yaradılması hökümətin prioriteti olmalıdır.
Hazırda Hindistanda tətbiq edilən ixraca məhdudiyyətlər müvəqqəti xarakter daşıyır. Yaxın iki ayda orada da məhdudiyyətlər aradan götürüləcək"./Azvision
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 8 | vaxt Tarix: 14.05.2022 23:27

Ən Yeni Xəbərlər

Prezident: "Bu gün gözəl Zəngilan torpağında həyat qururuq" Prezident: "Bu gün gözəl Zəngilan torpağında həyat qururuq"
vaxt Tarix: 16:00:08
baxis Baxış: 0
Şuşada ilk respublika uşaq tədbiri keçiriləcək Şuşada ilk respublika uşaq tədbiri keçiriləcək
vaxt Tarix: 15:54:09
baxis Baxış: 0
Təcili Tibbi Yardım niyə TƏCİLİ cavab vermir? Təcili Tibbi Yardım niyə TƏCİLİ cavab vermir?
vaxt Tarix: 15:45:09
baxis Baxış: 1
Bakıda qadın müəllimi öldürüb yandıran şəxs ələ keçdi - YENİLƏNİB + VİDEO Bakıda qadın müəllimi öldürüb yandıran şəxs ələ keçdi - YENİLƏNİB + VİDEO
vaxt Tarix: 15:45:09
baxis Baxış: 0
İlham Əliyev: "Hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır" İlham Əliyev: "Hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır"
vaxt Tarix: 15:18:07
baxis Baxış: 1
Azərbaycanlı daha bir boksçu İrəvanda erməniyə qalib gəlib Azərbaycanlı daha bir boksçu İrəvanda erməniyə qalib gəlib
vaxt Tarix: 15:09:07
baxis Baxış: 1
"Gürcüstanın artıq itirəcək nəyisə yoxdur" - Politoloq "Gürcüstanın artıq itirəcək nəyisə yoxdur" - Politoloq
vaxt Tarix: 15:00:07
baxis Baxış: 1
Ağdamda hərbçi minaya düşdü - YENİLƏNİB + VİDEO Ağdamda hərbçi minaya düşdü - YENİLƏNİB + VİDEO
vaxt Tarix: 14:54:07
baxis Baxış: 1
"Sağalmaz yara"mız olan tıxacların həll yolu nədir? - Ekspertdən CAVAB "Sağalmaz yara"mız olan tıxacların həll yolu nədir? - Ekspertdən CAVAB
vaxt Tarix: 14:54:07
baxis Baxış: 1
Mehriban Əliyeva İlham Əliyevlə birlikdə şəklini paylaşdı - FOTO Mehriban Əliyeva İlham Əliyevlə birlikdə şəklini paylaşdı - FOTO
vaxt Tarix: 14:45:07
baxis Baxış: 1

Statistika

Bazada 51507 Xəbər var
24 saat ərzində 101 xəbər əlavə edilib
News Sitemap
Dostlarınla Paylaş

Saytda 199 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022