Əhməd İsmayılov: İnformasiyalaşma prosesi bütün ölkələri əhatə etməkdədir | Tatli.Biz
Əhməd İsmayılov: İnformasiyalaşma prosesi bütün ölkələri əhatə etməkdədir

Əhməd İsmayılov: İnformasiyalaşma prosesi bütün ölkələri əhatə etməkdədir


Azərbaycanda və Dünyada baş verən ən yeni xəbərlərdən bizimlə xəbərdar olun

Əhməd İsmayılov: İnformasiyalaşma prosesi bütün ölkələri əhatə etməkdədir


Qloballaşan dünyada yüksək sürətlə baş verən informasiyalaşma prosesi demək olar bütün ölkələri əhatə etməkdədir. Lakin belə şərait heç də bütün ölkələr üçün bərabər şərtlər təqdim etmir. Böyük və informasiya texnologiyaları cəhətdən daha çox inkişaf etmiş dövlətlər bu sahədə daha qabaqcıl mövqelərdə dayanmaqla nüfuz və təsir imkanlarını mümkün qədər geniş dairəyə tətbiq etməyə çalışırlar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov "Media savadlılığı" konfransında deyib.
O qeyd edib ki, hazırda elektron informasiya cəmiyyətinin əhatə dairəsinin sürətlə genişlənməsi, rəqəmsal reallıq şəraitində məlumatlara əlçatanlığın asanlaşması, cəmiyyətin məlumatın obyektiv tərəfini müəyyənləşdirməkdə çətinliklərlə qarşılaşması media savadlı istehlakçıların yetişdirilməsinə zərurət yaratmaqla yanaşı, medianın öz peşəkar funksiyasını səmərəli yerinə yetirməsi istiqamətində ardıcıl və təxirəsalınmaz addımların atılmasını tələb edir. "Ölkəmizdə media savadlılığının artırılması, media kontentinin dəyərləndirilməsi ilə bağlı geniş və davamlı xarakter daşıyan maarifləndirmə işlərinin aparılması prioritet məsələlər sırasındadır. Media sahəsində həyata keçirilən islahatlar mahiyyət etibarilə özündə bu sahədə fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarının, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı, yayımı və sair kimi məsələlərin daha təkmil formada nizamlanmasına yönəlmiş tədbirləri ehtiva edir", - deyə MEDİA-nın rəhbəri bildirib.

Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 12 | vaxt Tarix: 09.12.2022 14:45

Statistika

Cəmi 74594 xəbər var
24 saat ərzində 85 xəbər əlavə edilib
Dostlarınla Paylaş

Saytda 201 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023