Ən gec qocalan xalqlar - SİYAHI

Ən gec qocalan xalqlar - SİYAHI


Azərbaycanda və Dünyada baş verən ən yeni xəbərlərdən bizimlə xəbərdar olun

Ən gec qocalan xalqlar - SİYAHI


Dünyanın bütün xalqları arasında yaponlar ən yavaş qocalanlar sırasındadır.
Lent.az xəbər verir ki, bunu aparılan araşdırmanın nəticələri sübut edib.
Qeyd olunur ki, yapon xalqının nümayəndələri arasında qocalmanın ilk əlamətləri orta hesabla 76 yaşında görünür. Yaşlanma əlamətləri haqqında danışarkən elm adamları ən çox bunları - ürək-damar sisteminin 13 xəstəliyi, Parkinson xəstəliyi, eşitmə itkisi, katarakt, Alzheimer xəstəliyi və yıxılma nəticəsində yaranan xəsarətlər.i nəzərdə tuturlar.
Yaponlardan sonra İsveçrə, Fransa, Sinqapur və Küveyt sakinləri gəlir. Alimlər müəyyən ediblər ki, yuxarıda qeyd olunan qocalıq xəstəliklərinin fizioloji qocalmanı göstərən əlamətləri orta hesabla 75 yaşdan sonra görünməyə başlayır.
Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, qocalma qadınlardan fərqli olaraq kişilərdə nisbətən daha tez görünür: zərif cinsin nümayəndələri orta hesabla daha yavaş yaşlanır və onların beyinləri kişilərə nisbətən daha uzun müddət aktiv qalır.
Ümumilikdə, tədqiqatçılar bildirirlər ki, 1990-cı ildən bəri dünyada yaşla bağlı xəstəliklərdən ölüm halları azalıb. Bu gün intensiv qocalmanın başlanması üçün qlobal orta hədd 65 yaşdır.

Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 34 | vaxt Tarix: 19.09.2023 18:18

Statistika

Cəmi 94781 xəbər var
24 saat ərzində 90 xəbər əlavə edilib
Dostlarınla Paylaş

Saytda 31 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023