Ərdoğan ən çox izlədiyi serialların adını açıqladı - FOTO

Ərdoğan ən çox izlədiyi serialların adını açıqladı - FOTO


Azərbaycanda və Dünyada baş verən ən yeni xəbərlərdən bizimlə xəbərdar olun

Ərdoğan ən çox izlədiyi serialların adını açıqladı - FOTO


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ən çox izlədiyi serialların adlarını açıqlayıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı Marmara şəhərinin Bilecik bölgəsində gənclərlə görüşü zamanı əvvəllər daha çox "Diriliş Ertuğrul" serialını, hazırda isə "Barbaros Hayreddin" adlı ekran işini izlədiyini bildirib.
Ərdoğan "Gönül Dağı" serialının da ən çox izlədiyi ekran işləri arasında olduğunu deyib.
Məlumat üçün bildirək ki, "Diriliş Ertuğrul" 2014-2019-cu illərdə yayımlanıb. Əsas rollarında Engin Altan Düzyatan, Kaan Taşaner, Hülya Darcan, Serdar Gökhan, Didem Balçın və Esra Bilgiç kimi tanınmış aktyorlar çəkiliblər.
"Barbaros Hayreddin"nin isə əsas rollarında Tolgahan Sayışman, Ufuk Özkan, Bahadır Yenişehirlioğlu, Arif Pişkin, Melisa Döngel, Hasan Küçükçetin və başqaları yer alıblar.
2020-ci ildən ekranlara gələn və hələ də davam edən "Gönül Dağı" serialında Berk Atan, Gülsim Ali, Ecem Özkaya, Ferdi Sancar kimi aktyorlar çəkiliblər.

Foto

Foto

Foto

Foto

Foto

Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 30 | vaxt Tarix: 31.01.2023 23:54

Statistika

Cəmi 79522 xəbər var
24 saat ərzində 62 xəbər əlavə edilib
Dostlarınla Paylaş

Saytda 36 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023