Ərdoğan: "Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir" - VİDEO | Tatli.Biz
Ərdoğan: "Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir" - VİDEO
Azərbaycanda və Dünyada baş verən ən yeni xəbərlərdən bizimlə xəbərdar olun

Ərdoğan: "Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir" - VİDEO


"İki gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağda baş verən son hadisələr ətrafında geniş söhbət etmişik".
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Jurnalistlərin suallarını cavablandıran R.T.Ərdoğan bildirib ki, Qarabağ Azərbaycan suveren ərazisidir.
"Azərbaycan öz ərazilərində hansısa silahlı ünsürlərin olmasını qəbul etmir".
Türkiyə Prezidenti xatırladıb ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan birgə bəyanatdan artıq üç ili tamam olur və Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 5 | vaxt Tarix: 06.08.2022 23:09

Saytda 144 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022