ETX-dən kibertəhlükəsizliklə bağlı - Xəbərdarlıq

ETX-dən kibertəhlükəsizliklə bağlı - Xəbərdarlıq


Azərbaycanda və Dünyada baş verən ən yeni xəbərlərdən bizimlə xəbərdar olun

ETX-dən kibertəhlükəsizliklə bağlı - Xəbərdarlıq


Son vaxtlar müxtəlif internet resursları vasitəsilə vətəndaşlara xüsusi texniki üsullarla hazırlanmış və zərərverici ilə yoluxdurulmuş şəkil, video və digər formatlarda fayllar göndərilir.
Tatli.Biz xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilir ki, vətəndaş həmin faylı yüklədikdən sonra faylın daxilindəki zərərli kod icra olunaraq, vətəndaşın cihazı zərərverici ilə yoluxdurulur. Nəticədə vətəndaşın fərdi məlumatları ələ keçirilir.
Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara tanımadıqları mənbələrdən göndərilən şəkil, video və digər faylları cihazlarına yükləməməyi tövsiyə edir.

Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 18 | vaxt Tarix: 19.09.2023 14:45

Statistika

Cəmi 94781 xəbər var
24 saat ərzində 90 xəbər əlavə edilib
Dostlarınla Paylaş

Saytda 22 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023