Heç bir dövlət Ukrayna qədər yardım almayıb | Tatli.Biz
Heç bir dövlət Ukrayna qədər yardım almayıb
Azərbaycanda və Dünyada baş verən ən yeni xəbərlərdən bizimlə xəbərdar olun

Heç bir dövlət Ukrayna qədər yardım almayıb


Rusiyanın genişmiqyaslı müharibəsinin altıncı ayında Ukrayna NATO ölkələrindən rekord səviyyədə yardım alır.
Bu sözləri Polşanın Kiyevdəki səfiri Bartoş Çixoçki Ukraynaya hərbi dəstəyi koordinasiya etmək üçün Ramşteyn formatında keçirilən NATO konfransı zamanı deyib.
O bildirib ki, Şimali Atlantika Alyansının heç bir dövləti NATO üzvü olmayan Ukrayna qədər yardım almayıb:
"Bu, görünməmiş haldır. Yardım Böyük Britaniya, Polşa, ABŞ və digər ölkələr tərəfindən kəşfiyyat və peyk dəstəyi, eləcə də ukraynalı əsgərlərin Ukrayna poliqonlarında təlimlər keçməsi üçün ayrılıb".
Səfir onu da vurğulayıb ki, Ukraynanın hələ uzun illər dəstəyə ehtiyacı olacaq:
"Ukrayna hücuma müqavimət göstərənə qədər bizim ona əlavə dəstəyimiz lazımdır. Sonra isə uzun illər yenidənqurma prosesində yardım göstərməliyik. Demokratik dünya əgər Ukraynaya dəstəyi dayandırsa, deməli o, təcavüzkarlara da beynəlxalq hüququn pozulması siyasətinin öz bəhrəsini verdiyini nümayiş etdirəcək".
O, həmçinin bildirib ki, Ukraynanın bu müharibədə qələbə çalacağına heç bir şübhəsi yoxdur./Axar
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
baxis Baxılıb: 5 | vaxt Tarix: 06.08.2022 16:45

Saytda 206 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022